Fərhad kimi cani-sərdən keçmişəm,Kərəm kimi alışaram, yanaram.Bir meyvəyəm qədirsizə düşmüşəm,Ya heyvayam, ya almayam, ya naram

Əlif-beydən mən axtaram bu satdı,Dost peşmandı, düşmənlərə büsatdı,Sərt heyvandım, cilovlayıb bu satdı,Ya pələngəm, ya aslanam, ya naram.

Doqquz ay dolanıb qar qışa düşdü,Hicranım artdıqca qarğı işə düşdü,Yəqin Molla Cümə qarğışa düşdü,İsmi Pünhan məndən sərtdir, yanaram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets