Abbas Sahhat · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Ey qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm:
“Sövqat” oxucularına“Sövqat” qəzetinin mövqeyi-intişara qoyulması ilə mətbuatımızın zənginləşməsini və bununla mübarizeyi-həyat meydanında bir qədəm daha irəli qoymamızı görüb də ixtiyarsız da şadlanırdım. Hələ heyətitəhririyəsinin münəvvər gənclərimizdən təşəkkül etməsi məni çox sevindirir. Müvəffəqiyyətlərini diləyirəm. Yalnız quru bir diləməkdən nə fayda? “Keçməsin bu ömrümüz bihudə istimdad ilə” misrasının məzmuni-həqiqətnümununa binaən yalnız diləmək deyil, çalışmaq da lazımdır. Əfradi-millətdən hər kəs gərək öz öhdəsinə düşən vəzifəni ifa etməkdə qeyrət göstərsin. Xassə bu əsri-hazırda, millətlərin çarpışdığı bu zamanda boş oturub quru bir istimdad ilə vaxt keçirmək məsiyətdir. Yaşamaq istəyirsək, gərək çalışalım. Gərək lamə halə qonşularımızda gördüyümüz səy üsullarını qəbul etməkdə tərəddüd göstərməyəlim, qəzetlər, risalələr nəşr edəlim; cəmiyyətlər təşkil edəlim; avam kütləsinin başını bir yerə toplamağa, ümumi ruhu yeniləşdirməyə çalışalım. Fəyyazi-əzəl o vaxtda öz mərhəmətilayətənahisini bizlərə də şamil qılar. Fəqət burada zənni-acizanəmə görə vəzifəmin ən ağırı, ən zəhmətli hissəsi el müəllimlərinin öhdəsinə düşür. Hamıdan artıq gərək onlar ciddi surətdə işə girişsinlər, əzm göstərsinlər. Təpərli olsunlar. Qonşu millətlərin müəllimləri nasıl ciddü-cəhd ilə çalışırlarsa, necə qeyrət göstərirlərsə, biz də onlardan ibrət dərsi alalım. Və lakin nə fayda ki, el müəllimləri adlanan zatların əksəri ana dilinə əsla rəğbət və məhəbbət etmirlər. İstər evlərində, istər məktəblərində ana dilinə dair bir vərəqpara olsun saxlamırlar. Hətta bəziləri var ki, bu dəyərli ada, bu ehtiramlı mövqeyə əsla istehqaqları yoxdur. Əcnəbi dilini bilmədikləri halda ana dillərində qonuşmağa belə tənəzzül etmirlər. Təəssüflər olsun ki, bizim millətdə mühitə çox tez qapılmaq kimi böyük bir nəqisə vardır. Qədimdən bəri bu çirkin adət bizdə mövcuddur. Səviyyeyi-mədəniyyəsi bizdən yüksək olan əqvamın lisanına, adatına, etiqadatına qolaylıqla qapılıb alışmışıq. Məsələn, bir vaxt ərəblərin təhti-hakimiyyətində olduğumuz zaman onların lisanlarına, adətlərinə elə şiftə və firivtə olmuşuq ki, İbn-Sina kimi, Farabi kimi dahilərimiz türk oğlu türk olduqları halda on cildlərə baliğ olan qiymətli əsərlərinin heç birinin türkcə yazmamışlardır. Onlardan sonra yetişən türk şairləri, türk ədibləri ümumən yazdıqları fars dilində olmuşdur. Hələ şairlərimiz, ədiblərimiz dursun, hətta bütün türk sülaləsindən yetişən hökmdarlarımız, padşahlarımız da yazdıqları, qonuşduqları dil fars dili olmuşdur. İndi isə, indi daha nə söyləyim!İş əgər yalnız bir dil bilməyə qalsaydı, yenə dərd yarı idi. Xeyr, əsl əngəl orasındadır ki, əcnəbi millətlərin adətlərinə, etiqadlarına, hissiyyatına qapılmaqda çox laübalıyıq və gələcəkdə bunlardan nə nəticə hasil olduğunu əsla nəzəri-etibara almırıq. Zira bu aşkardır ki, öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz. İnsanda gərək izzəti-nəfs, gərək alicənablıq olsun. İnsanam deyən adam gərək bu məziyyətlərə dara olsun. Əgər belə deyilsə, bəs bugünkü gündə bu millətlər müharibəsi nə üçündür? Yəqin ki, bir millət digər millətə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda öhdəmizə düşən vəzifəni ifa etməkdə qüsurluq göstərək?
Üçüncü bir düşmənMəmləkətimizin keçirməkdə olduğu bu böhranlı dəqiqələrdə – ki, bir tərəfdən xarici və bir tərəfdən daxili düşmənlər ilə mübarizə etməyə məcburuq, – iştə üçüncü bir düşmən də bizi təhdid edir. Fəqət bu düşmən, daha bədtər, xunxar, əski hökumət tərəfdarlarından da yaman qəddardır. Bu düşmən heç kəsə rəhm etməz. Bu düşmən kimsəyə aman verməz: arvad-uşaq, kiçik-böyük, yaşlı, cavan, qəvi, zəif – hər kəs olursa-olsun, bu düşmənin əlindən qaçıb qurtarmaz. Bu düşmən qövmiyyət, cinsiyyət tanımaz, məzhəb, millət anlamaz. Amansız sualtı müharibəsi bunun yanında toy-bayramdır. Çeppelinlər bunun müqabilində oyun-oyuncaqdır.Bu düşmən kimdir və nədir? – deyə sual olunduqda, ərz edirəm ki, o xəsmi-cani aclıq və qəhətlikdir!
MüqəddiməYazmaq bir fikrə möhtac isə, tərcü- mə etmək iki fikrə və hüsni-intixab üç fikrə möhtacdır.*Səid bəy*
Bir-iki sözŞairlik iddiasını etməməkdən başqa hələ onun məqami-büləndini vəsf və bəyan etməkdə olan ədəmi-iqtidarımı da kəmali-icz ilə iqrar edirəm. Burasını Şeyx Nizami həzrətlərinin:Pişü pəsi daşt səfi-kibriya
Bədbəxt ailəKars və Ərdəhandan qaçıb qurtarmış bir dəstə ac-yalavac, çıl-çılpaq arvad-uşaqlar Tiflisdə müsəlmanlar məhəlləsinin küçələrində səfilsərgərdan qalmışdılar. O cümlədən beli bükülmüş ağsaqqal Həmid adlı bir kişi, qoca bir arvad ilə küçənin bir tərəfində, quru torpaq üstündə oturub on beş yaşında xəstə bir oğlan uşağının başını dizi üstünə almışdı. Qoca arvad daima xəstə çocuğun üzünə baxarkən gözlərindən axan qanlı, odlu yaşı başındakı yırtıq köhnə şal ilə silirdi.Xəstə çocuq bənizi saralmış, qızdırmadan ləhləyirdi. Tez-tez kəsik-kəsik nəfəs alırkən çox-çox öskürürdü. Dodaqları quruyub, üzünün qənələri incəlmişdi. Bihuşluq halında düşmüş xəstə titrək, zəif səslə:
Təzə şeir necə olmalıdır?Mühərrir əfəndilərim! Ədəbiyyatımızın islahatına dair məqalələr dərc etmək istəsəniz, əfkari-acizanəmi qəzetinizin bir guşəsində səbt etməyinizi rica edirəm.Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil. Və bu qədər var ki, təzə səbkdə bu anacan bizim şüəralardan bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub, öz şerini təbii hissiyyatın məzmununa dair nəzm etmiş olsun.
Millət məclisiTürk mütəfəkkirlərindən doktor Abdulla Cövdətbəy yazır: “Cümhuriyyəti-idarədən əvvəl cümhuriyyəti-ruha malik olalım. Cümhuriyyətiruh... hüququnu və vəzaifini bilmək, bunları təqdis və ehya etmək və müsaəfəkar olmaqdır. Cəhl və təəssübdən ari olmayan ruhların təşkil etdikləri idarə hökuməti-cümhuriyyət belə olsa, ən səfil bir idareyiistibdadiyyə münziləsinə düşmək zəruridir. Mükəmməl, adil, tərəqqipərvər bir hökumətimizin olmasını istəyirsək, hər birimiz mümkün olduğu qədər adil, mütərəqqi, qəni, müstəğni və alim olalım. Fəqir bir millət hürr bir millət olamaz. Fəqir və hürr bir millət hürriyyətini mühafizə edəməyəcəkdir. Fəqirlik siyasi və iqtisadi əsarətlər toxumlarının sürətlə nəşvü nüma bulduğu bir zəmindir. Bu həqiqəti daima təkrar etmək savab və savab olduğu qədər savabdır”.Mülahizə buyurulsun, nə böyük həqiqət və böyüklüyü qədər də bu gün də bizim öhdəmizdə nə qədər bir böyük məsuliyyət olduğunu işar edir. Bu, maföqüz-zikr bəyanatı diqqətlə düşünərsək, şəraiti-mühitiyyə və məhəlləyyəmizə və əhvali-ruhiyyə və vicdaniyyəmizə aid nə kimi bir məqamda bulunuruq? Cümhuriyyəti-idarəyə malik olmaq üçün bizdə cümhuriyyəti-ruh varmı, ya yox? Yox deyildir. Fəqət millətin çox az bir hissəsi öz hüquq və vəzaifinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə bəhəqq arif və alimdir. Lakin kütleyi-əvam, cümhuri-nas o vəzifələrdən, o haqlardan bixəbərdirlər. Əgər milli məktəblərimiz olmasaydı, əgər millətimizə xor baxmasaydıq, yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunmasaydı, bugünkü gün bu hala qalmazdıq. Nə isə məza-ma-məza, keçən-keçib. İndi nə etməli? Zənni-acizanəmə görə quberniya şəhərlərində mərkəzi təşkilat təsis olunmalı və onlardan bir şöbə uyezd şəhərlərində açmalı və bütün ətrafa qəryələrə, dəhata, obalara, ellər və əşirətlər arasına birər nümayəndələr göndərməlidir. Xülasə, bu xüsusda heç bir fədakarlıqdan çəkinməməlidir. Xüsusən ki, irəlidə tətil günləri yaxınlaşır, yay mövsümü gəlir. Məktəblər bağlanıb, mütəəllimlər azad olub, müəllimlər asudə olacaqlar.
Şairi-mərhum Sabir əfəndinin qəbriKeçən on iki iyulda sevimli şairimiz Sabir əfəndinin vəfatının bir illiyi münasibətilə heç olmazsa qəbri üzərinə bir daş salmaq üçün atidəki vəch üzrə zəvati-giram ianə buyurdular:Hacı Əbdürrəhim Səmədov 3 manat
Qəndin vücudumuza olan faydasıBu aləmşümul müharibənin təsirindən bütün müharib və qeyrimüharib dövlətlərin həyati-ictimaiyyələrində bir çox təbəddülat vaqe olduğu hər kəsin məlumu olsa gərəkdir. Xüsusən ən zəruri məkulat cümləsindən olan qənd böhranı hər kəsin zehnini məşğul etdiyi kimi, su üzünün hakimi-ələlitlaqı olan İngiltərə əhalisini də düşündürmədədir. Odur ki, “V.Z.” jurnalında İngiltərə doktorlarından Sili adlı bir nəfərin fövqəzzikr ünvanla mündəric bir məqaləsi vardır ki, onun xülasəsi budur: istemalına mail olduğumuz bəzi əşya var ki, qaliba vücudumuza zərərdir. Onlardan təhriz etməmiz lazımdır. Lakin bəzi şeylər də var ki, sövqi-təbiətlə ona həvəskar və məyyal olduğumuz halda, tibb nöqteyi-nəzərincə də bəqayi-vücudi insanidə onun böyük əhəmiyyəti müşahidə olunur. İştə qənd o qəbildəndir ki, hər kəsin mötadı olduğu kimi, vücudumuzun səhhət və səlamətinə də ən nafe, ən müfid bir şeydir.İndiki halda şəkli-zahirisi ilə məlumumuz olan qənd əyyamisələfdə belə deyildi. Keçmiş zamanlarda Avropa əhalisi qəndin olmasından belə xəbərdar deyildilər. Sevdikləri və yedikləri şirin meyvələr və arılardan əxz olunan bal olmuşdur. Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur.