Sən mənim köhlənim, oynaq atımsan,Mənim yaman gündə ehtiyatımsan.Qoymaram başına açsınlar kələk,Duruşun buluddur, yerişin külək.Bu uzun yollarda çıxsan cövlana,Şairlər bənzədər səni ceyrana.Xatirində varmı boranlı çağlar?Bürümüşdü bizi zalım qaçaqlar.Yalnız ümidimi bağladım sana,Dedim: – Ey köhlənim, qanadlansana!Tüfəngim əlimdə açıldı mənim,Qurşunum ətrafa saçıldı mənim.Bir qaya dalında yastıq belində,Bir bel ki, olamaz qızda, gəlində,Ayna tüfəngimi mən daraqladım,Yalnız ümidimi sənə bağladım.Köməkçimsən pambıq toplanışında,İlin baharında, ilin qışında,Kolxoz faydalanır sənin işindən,Buludlar çəkinir kişnəyişindən.Yarınkı tufanlı cəbhələrdə sənBaşqa bir məharət göstərəcəksən.Çapdırıb qovğada qızıl əsgəri,Sivri bir ox kimi süzüb iləri,Havanın bağrını yardığın zaman,Yağarkən yollara güllə, toz duman,Onda məharətlə, gözəlim, gərəkQəhrəman atlıya verəsən ürək,Gərək qurtarasan onu ölümdənYarınkı tufanlı cəbhələrdə sən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets