Rekonstruksiya
Tozu dumana qatdıq, dumanı toza qatdıq,Ortabab kəndliləri çəkdik kolxoza qatdıq.Yürüdük, qarşımızda əyildi qarlı dağlar,Yürüdük, aramızdan silinsin qolçomaqlar.Yürüdük, arxamızca şaxələndi sementlər,Dəyişməzmi bu halda bütün temperamentlər?!Yürüdük avtolarla; elektriklərlə biz,Yürüdük, sayəmizdə qucaqlaşdı dağ, dəniz,Yürüdük, üstümüzdən çəkildi hər qaraltı,Yürüdük, tunellərlə doldu dağların altı.Yürüdük, küçələrdə hürküşdü çəlik atlar.Yürüdük, üfüqləri qızartdı plakatlar.Yürüdük, ənginlərə çəkdik dəmir dirəklər.Dirəklərdə tutuşdu, yandı qızıl ürəklər.Yürüdük, çöllər boyu raylar axdı, uzandı,Türksib yollarında yatan ellər oyandı.Yürüdük, hər zərrəmiz oldu bizim avtomat,Bu yürüşə Amerka özü belə qaldı mat!
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-rekonstruksiya
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
YağışAxşamdan bəri yağış yağır.İslanıb sinəmdə ürəyim,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat