Dinlə, qəlbimdə, Süleyman Rüstəm,Sənə dair kiçicik bir nəğməm,Kiçicik – dağ kimi bir dalğam var,Bir dənizdir ki, o dalğam çağlar...Haydı, Rüstəm, çıxalım gəl yarışa,Çıxalım mövzu üçün axtarışa!Aləmə vəlvələ salmaq lazım,Quruluş şairi olmaq lazım!Çapar atlar kimi çapmaqda həyat,Bizə keçməkdə bu dövran, heyhat...Yataraq uyquya dalsan bir də,Bizi varlıq qoyacaqdır geridə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets