Apardı könlümü bir çeşmi-məxmur,Kim ola istəməz ol hüsnə məğrur.

Şərabi-lə’linizdən cür’ə içdi,Ənəlhəq çağırır eşqində Mənsur.

Həqin əsrarını mən anda gördümKi, Musa söylər idi bər-səri-Tur.

Sənin eşqində, ey LeylisifətliKi, Məcnun olmuşam aləmdə məşhur.

Çü Isa nöh fələk çərxinə çıxdım,Cahanı sərtasər gördüm pür əz nur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsiminin cahanda yarı sənsənKi, sənsən cənnətü cənnətdəki hur

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate