Ay ilə gün sücud edər surəti-canfəzayinə,Ay ilə gün nədir kim, ol düşməyə xaki-payinə.

Cami-cahannümadur ol, səndə iki cahanı gör,Çün görəsən sən olmusan cani-cahanə ayinə.

Faili-mütləqi-yəqin kim ki dilər görə bu gün,Baxsın anın camalına, həqqi görər bu ayinə.

Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola,Həq deyəni alır anun durmuş anun bəhayinə.

Yusifi-Misri canü dil, yə’ni ki Fəzli-zülcəlal,Gəldi səfavü zövq ilə şəhri-bədən sərayinə.

Qıldı fəna vücudumu küll kərim ilə kəlam,Zərqi-həsən budur ki, şah sandı bu gün gədayinə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Hər ki Nəsimitək sücud Fəzli-ilahə qılmadı,Div kimi bu gün anı, bəlkə, bu yolda dayinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets