Ayrılıqdan yar mənim bağrımı büryan eylədi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,Özünü bir yana saldı, məni bir yan eylədi.
Zə’fərana bənzimi döndərdi ol birəhm yar,Düşmənin xəndan edib, dostunu giryan eylədi.
Aldı könlüm, qılmadı ol bivəfa bir kəz vəfa,Yıxdı mə’mur şəhrini, gör necə viran eylədi
Canımın zəxmindən, ey can, xab gəlməz eynimə,Cigərimdə zəxmi-peykan, tiri-müjgan eylədi.
Eşidərsə daş ərir həsrətdə ahü zarımı,Ol güləndam yarı gör, könlümü zindan eylədi.
Cəhd qıldım çox, vüsalə yetmədim, çəkdim fəraq,Tədbir ana neyləsin, təqdiri-yəzdan eylədi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, sübhdəm var, ərz qıl dildarə sən,Qəmzəyə versin nəsihət, yoxsa çox qan eylədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-ayriliqdan-yar-menim-bagrimi-buryan-eyledi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Genə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi