Aşiq bəla yolunda gərək kim, həmul ola
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Aşiq bəla yolunda gərək kim, həmul ola,Mə’şuqədən ana nə gəlürsə, qəbul ola.
Gerçək mühibbə cövrü cəfa çünki yar edər,Neyçün cəfadən incinə, qəmdən məlul ola?
Nazü nə’imü işrəti-cavid içindədir,Dilbərdən ol könül ki, muradı hüsul ola.
Hər aşiqin ki, yar ilə oldu çeravü çün,Arif qatında adı anın bülfüzul ola.
Şirin həlavət ol yemiş imiş ki, sidrəsi,Zatında xub xilqətü şirinüsul ola.
Yoxdur nəsibi eşqi-həqiqətdən, ey könül,Şol kimsənin ki, mürşidi naqisüqul ola.
Ey xaliqin əmanətini zaye’ eyləyən,Layiqdir ada ol ki, zülumən-cəhul ola.
Gər şərh edərsəm ayəti-hüsnün kitabını,Hər bab içində fəslinə yüz min füsul ola.
Maqta — the closing couplet bearing the poet’s pen name. Me’racə çıxdı ruhi-Nəsimi Buraq ilən,Şol laşədən nə faidə kim, la-zəlul ola?
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-asiq-bela-yolunda-gerek-kim-hemul-ola
Use ← → keys to move, R for a random poem