Camalın fitnəsi tutdu cahanı,Çıxardıb pərdədən razi-nihanı.

Nedər aşiq cahanü canı sənsiz,Ki, sənsən aşiqin canü cahanı.

Ləbindir çeşmeyi-heyvan, vəli şükrKi, hər heyvantəbiət bilməz anı.

Ləbi-lə’lin şərabın içənə sorKi, kimdir içən abi-zindəganı.

Susamış qanıma lə’lin eşitdim,Bu dövlət aşiqi-miskinə qanı?

Görün kim, qəmzəsilə yuxusundanOyardı fitneyi-axırzamanı.

Əgərçi binişansan, kimsə hərgizNişansız bulmamışdır binişanı.

Vüsalındır, vüsalındır, vüsalın,Nəimi-xüldü ömri-cavidani.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsiminin məkanı laməkandır,Məkansız aşiqin həqdir məkanı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love