Cana, üz istivasına şəqqül-qəmər gərək
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Cana, üz istivasına şəqqül-qəmər gərək,Ol mö’cüzün bəyanına xeyrül-bəşər gərək.
Musasifət təcəlliyi-didar üçün sana,Hüsn ilə qamətin kimi Turü şəcər gərək.
Əhya qılır əgərçi dəmin ölü, ey sənəm,Xəlvətnişinə şahidü şəm’ü şəkər gərək.
Başımı top edib, şəha, meydanə girmişəm,Meydanə girməgə yenə mərdanə ər gərək.
Hər bibəsər səni neçə yol bula görməyə,Uçmaqda rö’yətə dəxi əhli-nəzər gərək.
Napak olan sənin nə bilir qədrü qiymətin,Zatında adəmin dəxi arı göhər gərək.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qismət, Nəsimi, olmayacaq yara kim irər,Yara irişməgə yenə yardan xəbər gərək.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-cana-uz-istivasina-seqqul-qemer-gerek
Use ← → keys to move, R for a random poem
More by this author
Ey camalın ərşi-rəhman qabiə-qövseyn qaşınız,Nəqşi-ma-əvha yazıbdır hüsnünə nəqqaşınız.
Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərimEy gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim,Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim.
Ey həbibim, dilbərim, vey sevgili yarım mənimEy həbibim, dilbərim, vey sevgili yarım mənim,Vey dilaramım, nigarım, bəxti-bidarım mənim.
Ey Məsihadəm, niyə can vermədin cansızlara?Ey Məsihadəm, niyşə can vermədin cansızlara?Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə.