Ey Məsihadəm, niyə can vermədin cansızlara?
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey Məsihadəm, niyşə can vermədin cansızlara?Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə.
Ləblərin abin məni-diltəşnədən qılma diriğ,Nola dərman eyləsən bu dərdi dərmansızlara.
Abi-heyvan qiymətin heyvana sorma, Xızra sor,Çünki idrak eyləməz hər dəgmə heyvan sizlərə.
Hüsn içində Yusifi-Kən’ana təhsin etməzəm,Onların dövranı keçdi, gəldi dövran sizlərə.
Barmaq ilən göstərərlər kim, üzündür qibləgah,Ol şəhadətdən dönübdür küfri-iman sizlərə.
Dilbəra, könlündə yoxdur aşiqə qılmaq vəfa,Xeyri qoymaz miskinə qılmağa şeytan sizlərə.
Çün Süleyman mülkünü qoyduvü getdi dünyadan,Qaldı andan sonra bu mülki-Süleyman sizlərə.
Eşq içində binəva qaldım, hədər cəhd eylərəm,Halımı ərz edə bilmən, şahi-xuban, sizlərə.
Əhli-aləm ildə bir qurban edərlər eyd içün,Hər zaman qurbanınam, ey cümlə qurban sizlərə.
Lütfü ehsan vaxtıdır, şaha, mənə ehsan gərək,Çün əzəldən qismət olmuş lütfü ehsan sizlərə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, xubların bir başı vardır, min dili,Eşqilə bel bağlama bu əhdü peymansızlara.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-ey-mesihadem-niye-can-vermedin-cansizlara
Use ← → keys to move, R for a random poem
More by this author
Müənbər sünbülün, şaha, güli-siraba pürçindir,Məazallah, xəta qıldım, nə pürçin, nafeyi-Çindir.
Mehri-rüxün tabına düşdü könül yanədirMehri-rüxün tabına düşdü könül yanədir,Şəm’ə düşən narına yansa gərək, ya nədir?
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşqNagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,Aqili divanə qıldı aqibət sevdayi-eşq.
Neylərəm mən bunda durub, çünki dildar andadırNeylərəm mən bunda durub, çünki dildar andadır,Sanma kim, anda dedigim Bursa ya Larandadır.
Poems by other poets · Love
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Rubaiyat, 126ای فاخته مهر چون به تو درنگرمزیبائی طاوس به بازی شمرم
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.