Neylərəm mən bunda durub, çünki dildar andadır,Sanma kim, anda dedigim Bursa ya Larandadır.

Neylərəm gülzara baxmaq, çün bu yanmış könlümün,Şol boyu sərvi-xuraman, üzü gülzar andadır.

Firqətin dərdi məni torpaq edərsə, ey səba,Yarı qıl, torpağım, ilət anda kim, yar andadır.

Can yanağın həsrətindən dəgməniz, olmaz cüda,Qanda kim görsə güli-tər, bülbüli-zar andadır.

Şol moğolçin gözlərinlə çünki qapdın könlümü,Çün bilirsən kim, nə gizli dürlü əsrar andadır.

Dərdimi artırma, lütf et, şərbətinlə, ey həkim,Çün məni sayru qılan şol çeşmi-bimar andadır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dişlərin əksi Nəsiminin gözünə düşəli,Bəhri-bəhreyn olduvü lö’löi-şəhvar andadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love