Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,Aqili divanə qıldı aqibət sevdayi-eşq.
Eşqə düşənlər bilir həm yenə eşqin qədrini,Ol aşiq aşiqmidir kim, olmadı rüsvayi-eşq.
Eşq içində dinü dildən gəl keç imdi, ey fəqih,Şeyxi Sən’an kimi ol gəl sən dəxi tərsayi-eşq.
Kim ki, istər dilbərinin xəlvətinə yol bula,Can fəda qılmaq gərəkdir min kərə dər payi-eşq.
Sevgilimin sevgisindən özgə sığmaz könlümə,Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi-eşq.
Könlümün viranəsin mə’mur qıldı eşqi-yar,Canımın xəlvətsərasın qılmışam mə’vayi-eşq.
Maqta — the closing couplet bearing the poet’s pen name. Aşiqi-canan olubsan, ey Nəsimi, sən bu günKönlünü aldurdun, oldun axərin yəğmayi-eşq.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-nagehan-konlume-dusdu-surisi-qovgayi-esq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
خال را در زیر زلف آن پری پیکر ببینگر ندیدی دانه را از دام گیراتر ببین
Yar əlindədiCan yığışıb boğazıma yetişib,Dərmanım alagöz yar əlindədi.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.