Güli-tərdən gülicək, arizinə ma tökülür
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Güli-tərdən gülicək, arizinə ma’ tökülür,Bağa gir, gör ki, necə laleyi-həmra tökülür.
Ənbərin sünbülünə badi-səba kim, iricək,Qoymağıl titrəməgə, ənbəri-sara tökülür.
Qara saçın ucunu salma ayağına, götür,Heyf olur nafeyi-tatara ki, hər ca tökülür.
Ləblərindən varalı Misrə xəbər, əttarın,Qutusundan dünü gün qənd ilə halva tökülür.
Aləmin başına tabəndə üzün şəm’indən,Xaliqin rəhmətidir, nuri-təcəlla tökülür.
Necə nömid olayım, çün gözümün əbrindən,Qətrə-qətrə üzümə hər yana dərya tökülür.
Sədəfin gərçi dəhanı doludur inci ilə,Açıcaq ləblərini, lö’löi-lala tökülür.
Hüsnünün vəsfini ta yazmağa əzm eyləmişəm,Qələmin dili ucundan qamu sevda tökülür.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ta cüda düşdü Nəsimi ləbi-lə’lindən anın,Gözlərindən dünü gün lə’li-müsəffa tökülür.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-guli-terden-gulicek-arizine-ma-tokulur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Kiçik bir məktəbliyə*Bahar, bahar gəlmiş, yenə ilk bahar;
مایه حسن ندارم که به بازار من آییجانفروش سر راهم که خریدار من آیی
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.