Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.

Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.

Aləmül-qeybin süfatı məndən oldu aşikar,Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.

Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.

Ümmühat ilən nə var abaya olmasa xələl,Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.

Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,Talibi-didari-yaram, şadimanam, xürrəməm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets