Mən mülki-cəhan, cəhan mənəm, mənMən həqqə məkan, məkan mənəm, mən.

Mən ərşilə fərşü kafü nunəm,Mən şərhü bəyan, bəyan mənəm, mən.

Mən kövnü məkanü “kün-fəkan”əmBilgil ki, nişan, nişan mənəm, mən.

Mən surəti-mənidə həqəm, həq,Mən həqqi-əyan, əyan mənəm, mən.

Bir gövhəri əqdəməm-əzəldən,Ey gövhərə kan, kan mənəm, mən.

Mən atəşi-eşqi-nuri-həqqəm,Musayə zəban, zəban mənəm, mən.

Mən cümle cahani-kainatəm,Mən dərhi-zəman, zəman mənəm, mən.

Mən ayəti-müshəfü kitabəm,Ey nöqtədəhan, dəhan mənəm, mən.

Mən qövsilə həm kəmanü tirəm,Ey tirü kəman, kəman mənəm, mən.

Cəmşidi-zəmanü aləm oldum,Cəmşidi-zəman, zəman mənəm, mən.

Mən nəqşi-xəyalü-xətü xaləm,Mən hərfü-lisan, lisan mənəm, mən.

Mən gənci-nihani "küntü-kənz"əm,Mən gənci-nihan, nihan mənəm, mən.

Mən zatü sifati — "kün fəkan"əm,Mən ruh ilə can, can mənəm, mən.

Mən kafirə matəmü müsibət,Möminə iman, iman mənəm, mən.

Mən cənnəti abi-kövsər oldum,Ey səhni-cinan, cinan mənəm, mən.

Mən bəhri-mühitü həm kəranəm,Ey bəhri-kəran, kəran mənəm, mən.

Mən sirrəmü tövhidəm, hədisəm,Mən ğeybü güman, güman mənəm, mən.

Maqta — the closing couplet bearing the poet’s pen name. İnsanü bəşərsən, ey Nəsimi,Həqdir ki, həman, həman mənəm, mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets