Mana sənsiz cahanü can gərəkməz,Vüsalın var ikən hicran gərəkməz.

Ləbi-lə’lin zülal abindən ayruŞərabi-çeşmeyi-heyvan gərəkməz.

Qəmindir könlümün təxtində sultan,Bir iqlimə iki sultan gərəkməz.

Yetər dərdin dəva müştaqə, niçünKi, dərdin bilənə dərman gərəkməz.

Gülüstanın gülü sənsiz tikandır,Mana sənsiz gülü reyhan gərəkməz.

Gəl, ey aşiqlərin rizvanı – hüsnünKi, sənsiz aşiqə rizvan gərəkməz.

İki aləmdə didarından özgə,Mana, ey surəti-rəhman, gərəkməz.

Vüsalın şərbətin içən mühibbəFərağın ağusu çəndan gərəkməz.

Mana səbr eyləmək sənsiz, nigara,Əgər müşkil, əgər asan – gərəkməz.

Əzəldə qılmışam eşqinlə peyman,Bütün peyman, sınıq peyman gərəkməz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kəsilməz gərçi vəslindən Nəsimi,Gözündən olduğun pünhan gərəkməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love