Mahi-tabandır üzün, ey afitabi-xavəri,Təl’ətindən münfəildir şəmsü mahü Müştəri.

Zöhrədir alnın, nigara, qaşların qövsi-qüzeh,Xətti-səbzin zülfün ilə Cəbrəilin şəhpəri.

Ərşi-ə’zəmdir cəmalın, sidrə boyun, ey günəş,Surətin cənnati-ədnin, ləblərindir kövsəri.

Müshəfi-həqdir üzün mə’ni içində bixilaf,Zülfü qaşü kirpigindir ol kitabın xətləri.

Görk içində fərdi-yektasan, əya məhbubi-dil,Şol cəhətdən səcdə qıldı hüsnünə hurü pəri.

Dil bəri qıldım sənin qeyrindən, ey can parəsi,Anın üçün, çün sən oldun xəstə könlüm dilbəri.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, səcdə qıl hüsnünə qarşu dilbərin,Çünki, xublar surətidir həq-təala məzhəri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love