Ləblərin şərbətinə çeşməyi-heycan susadı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ləblərin şərbətinə çeşmeyi-heyvan susadı,Sulu incilərinə təşnə kimi can susadı.
Şəkkərin püsteyi-dəndanına kim susamaya?Sanma kim, yalqız ana püsteyi-xəndan susadı.
Ənbərin sünbülünə badi-səhərgah əsicək,Vəslinə laleyi-sirab ilə reyhan susadı.
Sözünün dadına şirin şəkər oldu təşnə,Nə şəkərdir bu kim, ana şəkəristan susadı?
Cövrü bidad ilə tökdü cigərim qanını yar,Şöylə bənzər ki, cigər qanına canan susadı.
Necə qəhr eyləyəsən, aşiqinə rəhm eyləKi, sənin rəhmətinə aşiqi-heyran susadı.
Sayru oldum, kərəm et, aşiqini sormağa gəlKi, könül vəslinə, ey dərdimə dərman, susadı.
Susadım vəslini görməkliyə, ey cani-cahan,Şöylə kim, Yusif üçün Yə’qubi-Kən’an susadı.
Sallanub naz ilə gəlgil ki, mənim didələrimAyağın tozuna, ey xosrovi-xuban, susadı.
Gül kimi gülə-gülə gəl aradan pərdə götürKi, üzün görməginə dideyi-giryan susadı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilətKim, anın diqqətinə dürr ilə mərcan susadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-leblerin-serbetine-cesmeyi-heyvan-susadi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Füzulinin bir qəzəlini tərbiDərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.
GörmənəmEy ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.