Mənim yari-vəfadarım, gəl axır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Mənim yari-vəfadarım, gəl axır,Mələk surətli dildarım, gəl axır.
Fəraqın canımı yaxdı bəğayət,Həbibim, munisim, yarım, gəl axır.
Mənəm bülbül kimi nalanü giryan,Dodağı qönçə gülzarım, gəl axır.
Qaşın qarşısına canım bərabər,Mənim tirü kamandarım, gəl axır.
Fəraqından qatı divanə oldum,Kərəm qıl, zülfü zünnarım, gəl axır.
Sənintək görmədim bir gül cahanda,Bənövşə, tazə ruzgarım, gəl axır.
Qərarım qalmadı, səbrim tükəndi,Ləbi lə’li-şəkərbarım, gəl axır.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi natəvandır çün qəmindən,Gəl ey canım, gəl ey yarım, gəl axır.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-menim-yari-vefadarim-gel-axir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
YoxduQürbət eldə düşdüm xəstə,Yerim silkib salam yoxdu.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş