Nuri-təcəlli şö’ləsi düşdü əzəldən alına,Gözlərimin bu rəng ilə yaşı boyandı alına.

Həm mö’cüzati Əhmədin gözləri sehridir anın,Rəhməti-həq bu cadunun ümmətinə vü alına.

Cəhd edərəm ki, alinə könlümü verməyəm, vəli,Həm bilirəm ki, aqibət alinə könlüm alına.

Kimsə əgərçi istəməz düşməgi fitnəyə, vəli,Şükr edirəm ki, düşmüşəm alə gözünün alına.

Maqta — the closing couplet bearing the poet’s pen name. Düşdü Nəsiminin başı zülfü kimi ayağına,Düşəli can gözü anın bədri-müəmməm alına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets