Şənbə günü mən uğradım ol sərvi-rəvanə,Şeyda qılıban saldı məni cümlə cəhanə.

Yekşənbə günü məcnun olub heyranı oldum,Gördüm üzün, oxşatdım anı mahi-təbanə.

Düşənbə günü razi-dilimi dedim axır,Ol gözləri nərgis, üzü gül, qaşı kəmanə.

Səşənbə günü səyyad olub seyrana çıxdım,Mən seyd oluban qurban olum püstə dəhanə.

Çərşənbə günü yar gəzə gəldi çəmən içrə,Bülbül dəxi gördü üzünü, düşdü fəğanə.

Pəncşənbə günü yarə dedim: pəndim eşitgil,Faş etmə bu razi-dilimi yaxşı-yəmanə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Adinə günü gördü camalını Nəsimi,Əmdi ləbi-lə’li-şəkkərin ol qanə-qanə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love