Üzün bədri cahanın danəsidir,Yerü göy, ayü gün pərvanəsidir.

Cahanü dinü dil zülfünə, canım,Əgər layiq düşər, şükranəsidir.

Üzündür ayətəlkürsi anınçün,Kəlamüllah məhrəmxanəsidir.

Saçın zəncirinə düşdü bu könlüm,Müsəlsəl zülfünün divanəsidir.

Qaşınla kirpigin, zülfünlə xalın,Hərami gözlərin məstanəsidir.

Tutuşmuş eşq odu can ilə cismə,Bu dərdi kimsə bilməz yanəsidir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Üzündə abid olmuşdur Nəsimi,Nəsiminin bu gün cana nəsidir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love