Üzün nuri-təcəlli məzhəridir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Üzün nuri-təcəlli məzhəridir,Sözün dadlısı abi-kövsəridir.
Rüxün şəm’i şüasından nünəvvər,Fələkdə mahü mehrü Müştəridir.
Gözün sehrindən ol Harutü Marut,Asılmış Çahi-Babildə, yeridir.
Fələklər üz sürərlər ayağına,Mələklər xidmətində çakəridir.
Əzazil qaçdı vəslin qürbətindən,Anınçün tövqi-lə’nət zivəridir.
Sədəfdir cümlə məxluqun vücudu,Vücudun ol sədəflər gövhəridir.
Dəmi-Isa ölü dirildər, ammaDəmindən Xızr ilə Isa diridir.
Camalın mö’mini mö’minə mir’atKi, daim mö’minin ol mənzəridir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi gövhəridir bəhri-eşqin,Bu bəhrə dalmayan divü pəridir.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-uzun-nuri-tecelli-mezheridir
Use ← → keys to move, R for a random poem
More by this author
Eyşü tərəb yari gül, üzar ilə xoşdur,Canü cahan elə bil ki, yar ilə xoşdur.
Ey üzü gül, ləbləri mərcanımızEy üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib"Thou whose Face is 'Aid from God!' O thou whose Hair is 'Victory near!'Thou the Merciful in human Form! thou angel-visage dear!
Əcəb lə'linmi şol, ya cahi-əhbab?Əcəb lə’linmi şol, ya cani-əhbab?Əcəb zülfünmü, ya zənciri-pürtab?
Poems by other poets · Separation
Söyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.
Sübhdəm badi-səba türreyi-xubanə dəyərSübhdəm badi-səba türreyi-xubanə dəyər,Götürüb nəkhətin ondan sonra yüz yanə gəyər.
Yaxşı adamların həsrətindəyikBu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?