Üzün günündən, ey qəmər, ənvara düşmüşəm
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Üzün günündən, ey qəmər, ənvara düşmüşəm,Anəstünarən olmuşam, ol nara düşmüşəm.
Darüs-səlami-hüsnünə, ey cənnətin gülü,Düşdüm əzəldə, gör ki, nə gülzara düşmüşəm.
Düşdüm xəyali-zülfünə, ey müttəqi, məniTəsbihə də’vət etmə ki, zünnara düşmüşəm.
Fikrimdədir xəyalı gözünlə ləbin müdam,Yərəb, nə rəsmə xəmrəvü xummara düşmüşəm?
Canü cahanı vəslü camalın bahasınaVerdim əzəldə, gör ki, nə bazara düşmüşəm.
Şeytandır ol ki, surətinə qılmadı sücud,Şeytana münkir olmuşam, inkara düşmüşəm.
Ey vəhdətin meyindən uşalan xumarına,Məsti-ələstə sor ki, nə meyxarə düşmüşəm.
Faş eylədim cahanda ənəlhəq rümuzunu,Doğru xəbərdir, anın üçün dara düşmüşəm.
Kən’ani Yusifin ləbi-şirini buldum uş,Fikr eylə kim, nə tüngi-şəkərbara düşmüşəm.
Eşqin qədimü zülfü rüxün daimüləbəd,Yarəb, nə incə işü uzun kara düşmüşəm.
Ey sübhdəm yeli, nə ögərsən tatarını,Mişkin saçında gör ki, nə tatara düşmüşəm.
Hüsnün hürufunu mana verdi səbəq rüxün,Dərsim bu əbcəd olduvü təkrara düşmüşəm.
Maqta — the closing couplet bearing the poet’s pen name. Gördü Nəsimi mə’şuqunun üzünü bu gün,Həqqi bilən bilir ki, nə dildara düşmüşəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-uzun-gununden-ey-qemer-envara-dusmusem
Use ← → keys to move, R for a random poem
More by this author
Zühur eylədi cümlə əşyada həq,Qanı bir bəsirətli, açıqnəzər.
Zülfün girehləri, sənəma, həlqə-həlqə tabZülfün girehləri, sənəma, həlqə-həlqə tab,Hüsnün qatında zərrəcə yox nırxi-afitab.
Zülfün gecəsi qədrdürür, al yanağın ayZülfün gecəsi qədrdürür, al yanağın ay,Merac üzün, sidrə boyun, qaşın iki yay.
Zülfünü ənbərfəşan etmək dilərsən, etməgilZülfünü ənbərfəşan etmək dilərsən, etməgil!Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil!
Poems by other poets · Love
Sirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Bir incəEy sevdiyim, naməhrəmə görünmə,Çək niqabın, gir laçına bir incə.