Üzün güldür, ləbin lə’li-şəkərbar,Gözün cadu, saçındır mişki-tatar.

Mən aşiq olmuşam şol xəttü xala,Əgər qanım tökərsən, əllərin var!

Mənəm yardan cüda, ol yar məndən,Ilahi, olmasın hiç kimsə biyar!

Ayağın torpağından tutiyatək,Həzaran müştəri vardır xəridar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi halını sorgil, nigara,Kəməndi-eşqinə olmuş giriftar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love