Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım,Əya, sərvi-sərəfrazım, fəda olsun sana canım.
Ki, sənsən dərdimə dərman, üzün Fürqan, xətin reyhan,Fəda olsun sana min can ki, sənsən şahü sultanım!
Ənisim, rəhbərim, yarım, gülər üzlü güləndamım,Əbirim, ənbərü mişkim, boyu sərvi-xuramanım.
Əzizim, sərvərim, ömrüm, hədisim, təfsirim, elmim,Çü lə’lü yaqutum, dürrüm, şikarım, gövhərim, kanım.
Kəlamım, zikri-Qur’anım, kitabım, fikri-tövhidim,Namazım, razımü səcdəm, bəkülli cümlə ərkanım.
Fazilim, kamilim, meylim, muradım, məqsədim, könlüm,Cavabım, məsələm, sözüm, dilimdə cümlə dəstanım.
Həyatım, rahətim, mehrim, nicatım, ülfətim, zatım,Təbibim, şərbətim, Xızrım, vücudum, sihhətim, canım.
Əzəldəndir mənim dərdim, sözü gerçək, qəmər bədrim,Mühibbim, sevdiyim, mehrim, siyah zülfü pərişanım.
Maqta — the closing couplet bearing the poet’s pen name. Təriqim, gəncimü malım, Nəsimim, aşiqim, eşqim,Həbibim, vey əzizim, ey əzəldə kamil insanım.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-uzundur-meqsedim-qiblem-lebindir-abi-heyvanim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
İki sevgi bir-birini sevəndə,Aralıqda şirin möhübbət olur.
Qubalı qızŞah dağından əsən yellər saçlarını darasın,Səni sevən Qudyalçayın sahilində arasın.
Adam da adamı bu qədər istəyər...Deyirlər sevginin öz dövrü, yaşı var,Peşiman oluram baxanda güzgüyə...
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?