Üzündə surəti-rəhmanı gördüm,Qaşında qafu vəl-Qur’anı gördüm.

Oxudum dərsi-hüsnün ayətini,Yeddi müshəf kimi Fürqanı gördüm.

Məhəmməd ümmətindən sən doğalı,Səni gözəllərin sultanı gördüm.

Bizim məqsudumuz didarınızdır,Oxudum dəftəri-divanı gördüm.

Məmat olmaz könül darül-fənada,Ləbintək çeşmeyi-heyvanı gördüm.

Züleyxatək bu gün dərdə giriftar,Həzaran Yusifi-Kən’anı gördüm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimitək bu gün hər kim verər can,Yəqindir, gər desə cananı gördüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love