Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?Canımda can sənsən, vəli, istər səni can, qandasan?
Vəslin şərabından məni saldı xumarın rəncinə,Yandı hərarətdən içim, ey abi-heyvan, qandasan?
Ey lütfi-hüsnün kişvəri, yandım, irişdir vəslinə,Çün səndən artıq kimsədə yoxdur bu ehsan, qandasan?
Qapdı əlimdən zülfünü cövrü cəfası çox fələk,Aşüftəyəm, Məcnun kimi zarü pərişan, qandasan?
Rə’na boyun şövqündən uş həsrətdə yanar gözlərim,Qan ağlaşırlar sənsizin sərvi-xuraman, qandasan?
Ey qönçə ağızlı, məni yandırdı hicrin tikəni,Gəlgil ki, sənsiz qönçətək doldu içim qan, qandasan?
Eynimdə sənsən rövşəni, könlüm dilər görmək səni,Ey hurieyn Rizvan ilə hüsnündə heyran, qandasan?
Cövri-cəfası çox fələk tufan gətirdi başıma,Andan məni qurtarmağa, ey Fəzli-rəhman, qandasan?
Maqta — the closing couplet bearing the poet’s pen name. Mişkin saçın zəncirinə verdi Nəsimi könlünü,Ayrux nə hacətdir ana zəncirü zindan, qandasan?
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-yandirdi-sovqun-canimi-ey-derde-derman-qandasan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
به زر و سیم خَرَد عشقِ بتان مردِ لئیم
ز عشقت دل مسلم برنگرددز کویت باد بی غم برنگردد
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi varNecə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,Dili-zarımda mənim qanlı ciyərparəsi var.
Çata-çatVaxt yetişdi köç eylədin dünyadan,Sevən ürək səni anar çata-çat.