Yüz min cəfa qılsan mənə,Mən səndən üz döndərmənəm.Canım ola qurban sənəMən səndən üz döndərmənəm!

Sevdim səni mən can ilə,Qul olmuşam qurban ilə,Qoy and içim Furqan iləMən səndən üz döndərmənəm!

İsamısan, Musamısan?!Ya Yusifi-Kənanmısan?Vallah ki, canım canısanMən səndən üz döndərmənəm!

Ey Nəsimi, aşiqmisən?Həq yoluna sadiqmisən?Közyərməyə layiqmisən?Mən səndən üz döndərmənəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love