Yarımı ayırdı məndən çərxi-qəddar,iştə gör
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör!Ürəyim pas oldu qəmdən, gəl içim yar, iştə gör!
Yaxdı, yandırdı məni, yarın fərağı, neyləyim,Taqətim, səbrim tükəndi, yanıram zar, iştə gör!
Dərdimin dərmanı sənsən, çarə kimdən istəyim,Çarəsi səndədir anın, çaru naçar, iştə gör!
Doğradı qəmdən fəraqin bağrımı, şol yarədən,Ürəyim qanı gözümdən axar, ey yar, iştə gör!
Ey güli-xəndanım, axır pərdədən çıx, qönçətək,Kim, məni şövqündə məcruh eylədi xar, iştə gör!
Aşiqin imanı yüzündür, saçın həblülmətin,Mən yüzünü tutmuşam, belimdə zünnar, iştə gör!
Gər "ənəlhəq" söyləməkdən darə asılsam nə qəm,Necə Mənsurun asılmış başı bərdar, iştə gör!
Canımı,"anəstunar"-ın şövqinə yandırma kim,Olmuşam Musa kimi muştaqi-didar, iştə gör!
Arizin vərdi cinandır, bülbülün ruhil-qüdüs,Ey bu dərdin aşiqi, açıldı gülzar, iştə gör!
Ta səni təqdiri-yəzdan eylədi məndən cüda,Yandırır şövqün məni, ey yüzü gülnar, iştə gör!
Maqta — the closing couplet bearing the poet’s pen name. Çün Nəsiminin vücudin birinə yandırdı yar,Narə düşmüşdür həsəddən bunca əğyar, iştə gör!
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-yarimi-ayirdi-menden-cerxi-qeddar-iste-gor
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
GörünməzHurilərin şahı, gözəllər xası,Mələklər qılmanı hanı? - görünməz!
Gəlsinİstəkli tələbəm Ruhulla Axundova*O gün olsun bağıma sevgili yarım gəlsin!
Qəzəl: Ol gün ki zülfin ol sənəmin şanə qıldılarOl gün ki zülfin ol sənəmin şanə qıldılarZəncirə çəkdilər məni divanə qıldılar