Əbədiyyətdən gələn səslər
Həzrət Əlinin "Qısa kəlamlar"ınıoxuyarkən...
Tanınar kim nə vaxt danışıb dinər:İnsan öz dilinin altda gizlənər.
— Övlada tərbiyə nə vaxtdan başlar?— Söylə uşağının neçə yaşı var?— Bir yaşa az qalıb.— Onda, eşit, bil,Artıq gecikmisən sən tamam bir il.
— Eyblərin böyüyü nədir söylə bizə sən?— Özündə ola-ola başqasında gəzəsən.
— İnsançın azadlıq qurtarar haçaq?— Sən vəd verənədək azadsan ancaq!
Məzluma verdiyi əziyyət üçünZalıma məhkəmə qurular bir gün.
Həqiqət acıdır — fəqət dərmandır,Yalan şirindirsə — əfi ilandır.
Yaxşılıq ki, insanlığın borcu olubdur,Pislik ilə qalib gələn özü məğlubdur.
Vəfasıza vəfa mehri salan kimi,Sən Allaha vəfasızsan.
Vəfasıza vəfasızlıq elədinmi,Sən Allahın qarşısında günahsızsan.
Tamah zülmətli yoldur,Tamahkar əbədi quldur.
Kim ki, yer üzündə dostu itirib,Odur yer üzündə ən böyük qərib.
Dünyada ən ulu sərvət ağıldır,Dünya da nadanlıq üstdə dağıldı.
Aclıq vaxtı mərd insandan uzaq ol,Toxluq vaxtı sən nadandan uzaq ol!
Kimlər ki, çox danışdı.Səhvi də başdan aşdı.
Aqillərin sinəsi,Min sirrin xəzinəsi.
Daşı daş atana özün culaşdır,Çünki daş atanın cavabı daşdır.
Xəlvəti günahdan qəlbi çəkindir.Günah — sənin aşkar bir şahidindir.
Bir şəxsin ki, qapısını bağlayasan,bəs ruzusu necə gələr?— Gələr... gələr o yerdən ki, əcəl gələr.
Sözü deməmişdən — söz sənin qulun,Elə ki, söylədin — özün qul oldun.
Söz var, bir əbədi kitaba dönər,Söz var, ömür boyu əzaba dönər.
Ali gözəlliyi duymayan kordur,Ağarmış tükləri qoparma, nurdur!
Həyatın əbədi həqiqəti var,Əvvəl yol yoldaşı, sonra yol axtar!
İnsanı ağılmı, dilmi tanıdır?Bil ki, dil ağılın tərcümanıdır.Əgər cahillərdən uzağa qaçsan,Onda aqillərə qovuşacaqsan.
Kim ki, öz qədrini bildi dünyada,O, insan qorxusuz öldü dünyada.
Yaxşılıq pisliklə qoşa gedəndir,Minnət yaxşılığı batil edəndir.
Dünyada yuxuya gedir insanlar,Ancaq ölüm vaxtı oyanır onlar.
Kimlər, zəmanəyə sədaqət etdi,Zəmanə onlara xəyanət etdi.
Üzürlü, üzürsüz söz var, günahdır,Üzrü təkrar etmək, təkrar günahdır!
Yalan olan yerdə məhəbbət olmaz,Məhəbbət yoxdursa, sədaqət olmaz,
Sən, həris oldun,Möhtəris oldun.
Məkriylə hiyləsi gizli olan kəs.Elə düşməndir ki, dost ola bilməz.
Məhəbbəti səslə sənKi, özün seviləsən.
Kim özündən razıdır,Arzuya tamarzıdır.
İki şey məhv edər mütləq hər kəsi,Yoxsulluq qorxusu, mənsəb həvəsi.
Malını, canını qardaşa saxla,İnsaf, ədalət də düşmənin olsun.Hamıya gülərüz bax, yaxşılıqla,Xalqın salamları qoy sənin olsun!
Dünya və axirət —iki düşməndir.Birinə çatdınsa,o biri gedir.
Əmanəti sahibinəQaytar dünyada,O, Peyğəmbər övladına qatil olsa da.
Sadiqlər sərvəti ətək-ətəkdir,Xəyanət yoxsulluq gətirəcəkdir.
Kinli adamlarınDərdi böyükdür!Ədavət qəlb üçünƏn ağır yükdür.
Daim öz qəlbiniYeyər paxıllar.Uca uçmaq istər —Uçar yıxılar.Paxıl səltənəti birdən dağılar.
Səbr etmək ən böyük bir şücaətdir.Əvvəli nəcabət, sonu cənnətdir.
Kim özgəyə böhtan deyir,Öz-özünü ləkələyir.
Unutma ki, padşahların az bəxşişi şərafətdir,Fəqət alçaq adamların çox bəxşişi həqarətdir.Həsəd aparmayın!
Bu sirdir, məyər?Od özü odunu yaxıb kül eylər?Əgər mömin şəxsəDərdini desən,Mərhəmət görərsən sən ki AllahdanNəbadə kafirə gileylənəsən,Şikayət edirsən, sanki Allahdan.
Əgər şərəfini itirsə bir kəs,Ata şərəfi də köməyə gəlməz.
May-iyun 1992
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-ebediyyetden-gelen-sesler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Təbrizlə görüşBu görüşü dərdə dərman bilmişdim,Həsrətinlə çox ağlayıb gülmüşdüm,
Mənim yarim vəfasızdur, vəfasızMənim yarim vəfasızdur, vəfasız,Mənim dərdim, dəvasızdur, dəvasız.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,