Ulduzları barışmadı
Ulduzlar göylərdəYanan çıraqmı?Kimsəyə sirriniGöylər açmadı.Günəşin haləsiQızıllı tağmı?Sevənlərə ümid verənulduzları barışmadı.
Ulduzlar səmadaÇanaq-çanaqdı,Fəqət üfüqlərdənZülmət qaçmadı.Bahar yerdən uçubDağlara qalxdıMəhəbbətə yol göstərənulduzları barışmadı!
Kəhkəşan nurunuKarvana düzdü,Vadidə şəfəqlərSeli daşmadı.Səma yerdən küsdü,Yer göydən küsdü;Doğmaydılar bəlkə qəlbən —ulduzları barışmadı!
Arzular ucadır,Arzular sonsuz.Ümidlər Günəş təkÜfüq aşmadı!Ulduzlar taledir,Talelər ulduz;Sevənlərin neçin görənulduzları barışmadı?23-25 aprel 1999
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-ulduzlari-barismadi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Çox təəccüb edirəm tərzi-cədidə ki, onuÇox təəccüb edirəm tərzi-cədidə ki, onuƏcnəbilər oxuduqca hünər izhar ediyor.
Seyr edin, gərdəni minaya baxınSeyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın