Sən məni öldürdün, məni diriltdin
Mənim qəlbimdəykənsən hara getdin?Sandım ki, əlvida dedim dünyaya,Sonradan qaldıranGünəşə, Aya,Sən məni öldürdün, məni diriltdin.Yolumda ətirligül kimi bitdin,Tikanlar ucaydı,budaqlar qısa.Çırpıldım küllərəqan sıza-sıza,Sən məni öldürdün, məni diriltdin.Bəlkə sən beləcəarzuna yetdin?Mənsə vida dedim ümidlərimə.Xoş sözlə son qoydunson kədərimə,Sən məni öldürdün, məni diriltdin.Sən özün bildinmiheç nələr etdin?Öldürüb bağladın həyata məni,Diriltdin — çox sevimdaha da səni,Bununçun öldürüb məni diriltdin?Niyə öldürürsən dirildəcəksən?Niyə dirildirsən, öldürəcəksən?
29 may — 5 iyun 1994
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-sen-meni-oldurdun-meni-diriltdin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Şikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən
Yoxdu, yoxAğa, şikayətim var qulluğuna,Zərrəcə sözümdə yalan yoxdu, yox.
Şeyx ƏttarŞeyx Əttar Çingiz xanın qələbəsində əsir olmuşdu. Bir nəfər moğalistədi ki, onu öldürsün.
AparırAlim Şamonun əzizxatirəsinə ithaf edirəm.