Günəbaxan
Bacım oğlu İsmayıla
Günəş üfüqlərdənBoylanan kimiGünəbaxanlaraSalamlar deyir.Günəbaxanlar daOyanan kimiDillənir: — Ay anaSabahın xeyir!— Bir gecə ayrıldıq,Darıxmısınız?— Sənsiz baş əyirikBiz yerə yalnız.— Mənim zərrələrimSizsiniz axı,Siz öz nurunuzlaÖpün torpağı.— Yerdə insanlar varGecə də oyaq,Əkib sulayırlarBizi, solmayaq.— İnsan eşqi yerə,Göyə də çatır,Hər insan qəlbindəBir günəş yatır.
GünəbaxanlaraBaxan insanlar.Dünyada ən böyükSavab qazanar.İki Günəş üz-üzə,Bəzək verər gündüzə.
Mərd insan müqəddəsZəhmət çəkəndir,Günəbaxan əkənGünəş əkəndir.
11 iyul 2004-cü il
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-gunebaxan
Use ← → keys to move, R for a random poem