Sevgilər itiribZərurətini,İçilən andlar daHəqiqət deyil!Müəllim tələbəBəkarətiniDollara alırsaFəlakət deyil?

Kimsə güdür ciblərSəxavətini,Onu düşündürənMəhəbbət deyil!Nazir katibəninOd şəhvətini,Zorla söndürürsəCəsarət deyil!

Dubaya satılanNadir gözəllər,Məgər ki, dünyadaRəzalət deyil!Zərif bədənləriDidən cod əllərTanrı qarşısındaCinayət deyil?

Çirkin girdablardaBoğulur insan,Onun köməyinəSən yetmə, Allah!Sevgilər alınıbSatılan zaman,Belə günahlarıƏfv etmə, Allah!29 iyun 2004

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love