Tövhidi-həqq
Ba ismi-ilahü fərdi-yəzdan,Rəhmanü rəhimü heyyi-sübhanHər karını, ey dil ibtida qıl,Çün əhdə bəli dedin, vəfa qıl.Ta hər bir işin yetə kəmalə,Şükr eylə cəlili-zülcəlalə.Vird eylə sənayi-Mustafanı,Zikr eylə kəmali-Murtəzanı.Ta ola işin dürüstü kamilƏz fəzli-əimmeyi-əfazil.Bəs söylə nə boldu həsbi-halın?Dil şadlığın, ğəmü məlalın?Eşq əhlinə ta ki, pənd bolsun,Bəzm əhli ara pəsənd bolsun.
Allah kərimü ləmyəzəldir,Zati əbəd oldu, həm əzəldir.Var etdi cəhani yox ikən ol,Kimsə bulamaz bu sirrə heç yol.Nuri-nəbidən yaratdı qəndil,Qıldı nəzər ona neçə min il.Kəsb etdi kəmali ol nəzərdən,Ol dürri pür etdi bəhrü bərdən.Su boldu həyadən ol cəvahir,Dutdu qamu fövqü təxti vafir.Yaratdı gögi təfindən anın,Xəlq etdi yeri kəfindən anın.Qüdrət qələmilə yazdı kafi,
Ol kafə ulaşdı nuni-safi.Bəs gəldi vücudə kün fəkan həm,Xətm oldu zəman ilən məkan həm.Fövq oldu məqami-ərşi-ə’la,Təxt oldu məqərri-ərzi-süfla.Ol boldu mələklərin məkani,Bu oldu məqami-insü cani.Çün bunlara əqlü dil verdi,Qur’anı bizə dəlil verdi.Zatından anın nişan bilələr,Bir olduğunu əyan bilələr.Cənnəti yaratdı rəstkarə,Damunu düzəltdi əhli-narə.Munun həvəsindən ola taət,Anın xətərindən ala heybət.Fikr eylə kəmali-qüdrətin gör,Yad eylə həkimi, hikmətin gör.Bir gəz nəzər etdi müşt xakə,Bəs boldu qəfəs bu mürği-pakə.Bəxş etdi könül ki, qıla fikrin,Lütf etdi zəban ki, edə zikrin.Göz verdi ki, ta bəsir olasan,Doğru gedəsən bu haq yola sən.Eşitməgə səm’ü guş verdi,Fəhm etməgə əqlü huş verdi.Elm olmaz isə bularə təhsil,Heyvan der anıvü əvvəlin bil.Toprağə bitürdü dürlü əşcar,Hər bir şəcər üstə bitdi əsmar.Hər biridə bir kəmalü ləzzət,Lövnü nəzərü təriqü heybət.Daşdan çıxarur zülal suyi,Görsətdi zi nafə müşk buyi.Qan içrə bitürdü şiri-şirin,Qıldı be kərəm cəhanizərrin.Gər qılmaz isən bu ne’mətə şükr,Vər etməz isən bu ne’mətə fikr,
Bəs bil ki, yəqin zəlalət etdin,Həq nemətünün həqin unutdin.Ol xacəyə, bil ki, qul degilsən,Həq dərgəhinə qəbul degilsən.Allah deməyən təriqə getdin,Şeytani-rəcimi rəhbər etdin.Bu yolda imami rəhbər etgil,Bu zikri həmişə əzbər etgil.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-tovhidi-heqq
Use ← → keys to move, R for a random poem
More by this author
Hər dəm ğəmində naləvü ahim yetər mana.Dünya yüzündə ol yüzi mahim yetər mana.
Hər kimə kim, səncəliyən bir pərivəş yar olaHər kimə kim, səncəliyən bir pərivəş yar ola,Əqlü huşü xani-manından dəxi avar ola.
Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlürHər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür,Qəmgin könül məqaminə yüz min səfa gəlür.
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlürHər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,Canimə bir od düşür, bu dilimə yahu gəlür.
Poems by other poets · Divine love
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Aşıq Valehin şair Abdulla Canızadəyə cavabıSəfi, naməhrəmi-dərgah dəri-Heydərdir,Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir.
Ata-atYenə baş qaldırıb düşmən yuvadan,Dağlarda başlayıb, yenə at-a-at.