Zikri-tələbi-rəhmət (Bağışlanılmağını istəmək haqqında)
Yarəb, bizə bağışla tövfiq,Nə rahi-məcazi, bil ki, təhqiq.Iman ilə qıl dilimni məqrun,Zikrinlə sözümni eylə mövzun.Mən bəndeyi-acizəm, günəhkar,Olmadı işim becüz günəh kar.Sən fəzli-əmimü pür kərəmsən,Qıl fəzl edübən mana kərəm sən.Çün mö’tərifəm yüküş günahə,Qəhr eyləməgil bu ru siyahə.Gər bəndədə var bəsi cərimə,Dutarmən ümidi sən kərimə.Latəqnətü boldu əmrin, ey həq,Ümmid neçük kəsəm mühəqqəq.Hər qüdrətə var hezar fikrim,Hər ne’mətə var hezar şükrim.Bir ol ki, ədəmdən eylədin var,Verdin kərəm ilə əqlü göftar.Bir ol ki, inayət etdin iman,Bildik səni, ey kərimü dəyyan.Lütf eylə nişaneyi-kərimi,Görsət bizə rahi-müstəqimi.Bir yaxşı məta’ əlimdə yoxdur,Səndə kərəm ilə lütf çoxdur.Kəsmə kərəmin bu binəvadən,
Ayırma livayi-Mustafadən.Kim, xoşluğuna düzəldi aləm,Əflakü mələk, zəminü adəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-zikri-telebi-rehmet-bagislanilmagini-istemek-haqqinda
Use ← → keys to move, R for a random poem
More by this author
Der var bilədir səninlə qayğu,Qan yaş iləruyi-rəngi saru.
Şe’r dər babe-həlali xastəne-aşeq əz mə’şuq (Aşiqin Mə’şuqədən halallıq istəməsi mövzusunda şe’r)Xoş qal – dedim – ey həbib canan,Bu mürdə tənim içində çün can.
Dəp mofareqət əz vosale-duste-cani (Könül dostunun vüsalından ayrılmaq barədə)Çün oldu tamam nəzm təkmil,Vəsl oldu həman fəslə təbdil.
Şe’r dər xatəmeye-ketab və səbəbe-tə’lif (Kitabın bitməsi və yazılmasının səbəbi barədə şe’r)Yarəb, irağ etmə cismü cani,Heç bəndəyə verməgil sən ani.