Dər nə’ti-rəsul
Ol şəm’ ki, nuri-ənbiyadır,Ol nur ki, mahi-övliyadır.Dedi ana heyyi-sanei-pak:Lövlak lima xilqətül-əflak.Müştaqi anın qamu peyəmbər,Mə’muri anın mülukü Səncər.Ol izi türabi-qürrətül-eyn,Ol mayə məqami-qabi-qövseyn.Ol qıldı münəvvər afitabi,Şəqq etdi əlilə mahtabi.Kafir dilədi dəlili-tövzih,Rik etdi anın əlində təsbih.Çün badi-səhər pəyamə gəldi,Ahu yügürüb səlamə gəldi.Qəsd etdi ana çü xəsmi-bədxu,Şəhd oldu anın önündə ağu.Gül verdi anın düri-sifatın,Qumrular oxudu mö’cüzatın.Daş mö’cüzü birlə dilə gəldi,Həm sayəsi nuri bilə gəldi.Ayağı basan yer oldu sər tac,Cövlani-Buraqi suyi-me’rac.Tə’n etdi fələkdə mehrü ayə,Salmadı vücudi yerə sayə.Din ləşkərinə himayət etdi,Həq yolu bizə hidayət etdi.Öz ümmətini qılıb güzidə,Oldu dü cəhanda nuri-didə.Həm şə’ninə münzəl oldu Qur’an,Qərq eylədi küfrü, oldu fürqan.Çün xətmi-dəlili rövşən oldu,
Əşcar əgildi, səcdə qıldı.Nur etdi yeri yüzi çırağı,Pür etdi saçı qamu dimağı.Ol şəb ki, yeridi suyi-cəbbar,Cəbril önüncə ğaşiyədar.Həq həzrəti saru yol varanla,Rəfrəflə töküldü səndəs anda.Xətm oldu cəmin-ənbiyadə,Oldu mələkut ana piyadə.Ruhül-qüdüs oldu ğaşiyədar,Keçdi yedi gögləri səbəbkar.Nə’lini-xücəstə basdı ərşə,Nuri-rüxi doldu ərşü fərşə.Gər cümlə peyəmbər etdi mö’ciz,Mö’cüzdə qamuni qıldı aciz.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-der-ne-ti-resul
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gözəlin vücudunun şəhrinə,Bax, nəzər eylə də həmən arif ol.
Tövhidi-həqqBa ismi-ilahü fərdi-yəzdan,Rəhmanü rəhimü heyyi-sübhan
Zikri-tələbi-rəhmət (Bağışlanılmağını istəmək haqqında)Yarəb, bizə bağışla tövfiq,Nə rahi-məcazi, bil ki, təhqiq.
Dər mənqəbəti-şahi-mərdan əli (Əlinin tə’rifi)Ol şah ki, məzhəri-xudadır,Həqdən kim anı deyər cüdadır.
Poems by other poets
Bir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
GərəkDünyadə gözəllər dəvasın qılanDegil, ona necə yar olmaq gərək?
Yıxıb bu könlüm evin, eyləyib viran, getməYıxıb bu könlüm evin, eyləyib viran, getmə!Yoxumdu tabü tavan firqətə, cavan, getmə!
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!