Ol şah ki, məzhəri-xudadır,Həqdən kim anı deyər cüdadır.Cümlə səbəqaldı övliyadən,Piş oldu kəmalı ənbiyadən.Məqsudi-cəhan cəmin sənsən,Ey gövhəri-pak, sən nədənsən?Adəm nə bilür həqiqətini,Bilməz çü mələk təriqətini.Gəldi süvəri-vücudə həq sən,Həq səndə zühur, eyni-həqsən.Ey sirri-hidayətü vilayət,Bu bəndənə qıl kərəm inayət.Qədrin ki, göründü müntəhadə,Ərş oldu çü kürsi üstivadə.Məzduti-yəqin məqami səndə,Cəbrili-əmin kəlami səndə.Ruhül-qüds oldu ismi-zatın,Münkir nə bilür nədir sifatın.

Həm səndə bulundu ismi-ə’zəm,Həm səndə göründü ruhi-Adəm.Tiğində yazıldı sətri-lolak:Lövlak lima xilqətül-əflak.Dərya qamusı mürəkkəb olsa,Katib mələkut mürəttəb olsa,Yazmaya olar qamusı vəsfin,Həqdən həq olur nəsibü qismin.Könlün sənin oldu bəhri-qüdrət,Ol bəhr ki, oldu mövci rəhmət.Ayırma həqiri rəhmətindən,Dur eyləmə şükri-ne’mətindən.Mən tək sana bəndə ola bihəd,Kəmtər zi kəmin, ğulami-biəd.Lütf eylə fəqirə, ya ilahi,Əzl eyləməgil bu rusiyahi.Kuhi-kərəmü livayi-rəhmət,Dəryayi-fütüvvətü mürüvvət.Çün nuri-zəminü asimansan,Məqsudü muradi-kün-fəkansan.Təndir bu cəhan, içində sən can,Yalğuz nə can ki, cani-canan.Sən məzhəri-lütfi-həqsən, ey şah,Ol bəndələrin işindən agah.Çox rəhmətinə ümidvarəm,Kim var dəxi, bəndə kimə varəm?Gər məqbul isəm, məni qəbul et,Həq dərgəhinə kəminə qul et.Vər müdbir isəm, həman səninəm,Gər yaxşı və gər yaman səninəm.Heç yox mənim əlimdə nəstə,Biçarə qulam şikəstə bəstə.Sən şahi-kərimi-pür kərəmsən,Ümmidi-əmaimü üməmsən.Həqqin sağ əli sənin əlindir,Allah yolu sənin yolundur.Həq yoldan azıtma, ya ilahi,

Kim, sənsən iki cəhan pənahi.Həq gördü nəbi beşəkli-ərslan,Yeddinci fələkdə sizni dərban.Kəsmə nəzərin bu natəvandan,Ayırma məni ol asitandan.Sənsən yaradan bu xasü ami,Küstax demən dəxi kəlami.Ey nuri-xuda, çıraği-aləm,Qoyma məni zülmət içrə qaləm.Ey iki cəhanın afitabi,Var eylə çü zərrə mən türabi.Qıl baqi məni fəna yüzündə,Sən həqsənü mən xəta yüzündə.Sən kani-mürüvvətü ətasin,Bağışla Xətayinin xətasin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets