Mahimi gördüm ki, yüzindən niqab almış gedər,Pərtövü nurindən anun afitab almış gedər.

Dövri-hüsnindən anun, ey yaşlı çeşmim uymagil,Kim, şəbi-zülfindən anun, ruzi-xab almış gedər.

Dilbərim cami-şərab içmiş, eşitdim nöql üçün,Aşiqi-dilxəstə bağrından kəbab almış gedər.

Ol pəri getdikdə aləm necə heyran olmasın,İşvəvü kirişməvü nazü itab etmiş gedər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ol sənəm rəna gedər, yer üstə çəkmiş damənin.Bu Xətai xəstə, ol yerdən turab almış gedər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love