Bənzəməz
Gözəl çoxdu bu mahalda, obada,Mən gördüyüm özgəsinə bənzəməz.Qəh-qəhinə susdu dağda kəkliklər,Heç səs onun xoş səsinə bənzəməz.
Ətrafında vardı nazənin qızlar,Hər yanında parıldaşar ulduzlar.Məst edir görəni şirin avazlar,Heç bir dəstə, dəstəsinə bənzəməz.
Məmmədhüseyn görüb onu vuruldu,Könül aldı hal-əhvalı duruldu.Ötdü xoş nəğmələr, məclis quruldu,Heç bir nəşə nəşəsinə bənzəməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-benzemez
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aşıq Pəri, bir göftügu eşitdim,Namizəd olmusan bir şux oğlana.
Ey afitabi-dövlət, vey kövkəbi-hidayətEy afitabi-dövlət, vey kövkəbi-hidayət,Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.