Xoş qal – dedim – ey həbib canan,Bu mürdə tənim içində çün can.

Çox tökdün isə həlal bolsun,Afət bıçağilə didədən qan.

Cəm’ olmadı dil ğəmində, vəh, vəh!Ey zülfi mənim təki pərişan.

Sən min yaşagil be kamrani,Mən ölür isəm, nə ğəmdir, ey can!

Su səpdi yüküş qapunda hər dəmEşqin yoluna bu çeşmi-giryan.

Bağrımla gözüm yaşı evindəÇox odlu gözün nəmək yedi, nan.

Bu xəstə Xətayi yad qılma,Zinhar, unutma əhdü peyman!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love