Kim deyər?
Dəyəndə gözümə o qız, o afət,Qəlbimi dindirən lal baxışıdır.Gəlir sıxıntılar...Gedir cəsarət...Bəlkə də görüşdən xəyal yaxşıdır!
Lakin onu bir an görməyəndə mən,Sönüb gözlərimdə qaralır cahan.Yenə də ağrılar qopur ürəkdən,Deyirəm: əzizim, gəl, gəl, hardasan!
Kim deyər, nədəndir bu ağrı, sızı,Niyə iztirablar keçirir ürək?Eşqimin sultanı — o gözəl qızıHəm görmək istərəm, həm də görməmək.
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-kim-deyer
Use ← → keys to move, R for a random poem