Bu son çağlarda milli ehtiyac və diləklərimizdən ötrü yazılmaqda olan məqalələr bizim mətbuatımızda öz yoluna, öz həyatının qeydinə yavaş-yavaş düşmək istədiyini göstərən birər şahidlərdir.

Belə şahidlərdən biri də cənab Üzeyir bəyin bir az qabaq yazdığı “Nəyimizin vaxtıdır?” məqalələridir.

Üzeyir bəy o uzun məqalələrində düçar olduğumuz dərdləri bir-bir sayır, bugünkü halımızı, yəni hər işdə tənbəlliyimizi, qeydsizliyimizi, həmiyyətsizliyimizi, bacarıqsızlığımızı çox doğru, çox ətraflı olaraq təsvir edir. Hətta naxoşluğumuzun qorxulu olduğunu da göstərir. Lakin çox heyif ki, səbəblərini və əlacını açıq göstərmir. Ümumi bir sözlə: “İçimizi, çölümüzü düzəldək” deyir.

Amma nə cür düzəldək? Burasını mühərrir cənabları ya bizdən qısqanmış və ya sonraya buraxmış olmalıdır ki, üstünü açmayır. Açdığı ancaq burasıdır ki, deyir:

“İndi bu on ilin ərzində bu milli təşəbbüslərimizdən Qafqaz müsəlmanları tərəqqi və təkamül yolunda “bol-bol” mənfəətlər görməli idilər; bu tərəqqi və təkamül mənbələrindən saçılan işıqların dairəsi hər il getdikcə böyüyüb, cəhalət qaranlığının ən uzaq güşələrini işıqlandırmağa başlamalı idi; halbuki əksini görürük: işıq dairəsi ildən-ilə sönməyə maildir və bu sayaq ilə qalarsa, bu gün dəxi sönəcəyi aşkardır”.

Xeyr, əzizim, xeyr! İşıq dairəmiz sönməyə mail olsa da arxayın olunuz, sönməyəcəkdir. Bəlkə getdikcə böyüyəcək, o qədər böyüyəcək ki, ta babalarımızın keçməmələri üçün çəkilən Çin səddini də keçəcəkdir.

İşığımızın sönəcəyi 1905-ci ilin verdiyi “hüquq” ilə bu on il içində bacarmadığımızla isbat edilmək istənilir. Lakin elə sanıram ki, o “hüquq” ilə bu “on” il içində ancaq bu qədər tərəqqi ola bilər. Çünki tərəqqi və təkamülün bağlı olduğu iki qüvvət ki, biri mənəvi, digəri siyasidir, bizdə indi-indi vücudlarını hiss etdirməyə başlamışlardır.

İslamın verdiyi mənəvi qüvvət, zatən çoxdan zəifləmiş, siyasi qüvvət isə 1905-ci ildə oktyabrın 17-dən… bu halda hansı “mənbələrdən” saçılan işıq ilə bizim cəhalət qaranlığının, hələ uzaq guşələri qalsın, yaxın guşələri işıqlanmalı idi?

Təkrar edirəm, tərəqqi və təkamül mütləq iki şərtə bağlıdır: ya dini və ya siyasi təbəddülat. Bu təbəddülat və inqilablar hərçənd məmləkətin mühitinə, millətlərin təbiət və əxlaqlarına görə az-çox müxtəlifdir, amma nəticə cəhətilə hamısı birdir.

Doğrudur, bizdə 1905-də siyasi təbəddülat oldu. Lakin bu təbəddülat və inqilab tezdən böyük səmərələr verən təbiətdə deyildi. Bəlkə əsil təbəddülatın başlanğıcı, birinci təkməsi ilə, ikinci və üçüncü təkmələr üçün təbiətən dala və geri getmək lazım idi. Amma bu dala getmələr bütün-bütün dala çəkilib yıxılmaq üçün deyil, biləks qabağa getmək fikri ilə rahatlanıb daha zorlu təkmələr vurmaq üçündü.

Bəli, 1905-1906-cı illərin təsiri ilə biz də hamı ilə bərabər “qızışdıq”, bir az çalışdıq. Sonra yavaşladıq, sanki yorğunluğumuzu almaq istədik, aldıq. İndi yenə hamı ilə bərabər biz də qızışmaya başlayırıq, çalışmaya üz qoyuruz.

Bu bizim üçün çox əskiklik deyil. Bu, inqilab və təkamülün təbii qanunudur. Hamının başına gələn bizim başımıza da gəlməkdədir.

Burasını da boynumuza alalım ki, 1905-ci ildə bizim payımıza düşən iş ancaq inqilabçıları yamsılamaq oldu. Əsil təbəddülata isə biz hələ təzə hazırlaşırız.

Umulur ki, ətrafımızda keçən vaqiələr, cahanı titrədən dəhşətli inqilablar bizim bu hazırlaşdırmamızı da tələsdirir. Və bir tərəfdən bu kimi xarici səbəblər, digər tərəfdən camaatımızın özündə olan təbii istedad yanmağa başlayan işığımızı “söndürmək” deyil, daha da artıq parladır.

Heç ola bilərmi ki vaxtı ilə İbn Sinalar, Fərabilər, Cövhərilər, Uluğ bəylər, Cəlaləddin Rumilər, Əlişir Nəvailər, Füzulilər və qeyrilər kimi türk oğlu türk alimlər yetişdirən bir millətin işığı asanlıqla sönsün?

Hələ əskilərə, uzaqdakı tazələrə də getməliyəm. Hər dürlü, hüquqdan məhrum məmləkətimizdə belə ən cahil və həmiyyətsiz vaxtımızda adi mirzələrdən – Fətəli Axundovlar, ən fağır baqqal Məşədi Ələkbərdən – Sabirlər, Şamaxı mühitində əsir qalmış seyidlərdən -Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər 12 manata qulluq edən kəndli əmələlərdən Murtuza Muxtarov kimi müqtədir texniklər və qeyrilər yetişdirən bu millət işığının gələcəkdə gözlədiyimiz “haqq və ədalət” altında daha artıq parlayacağı “aşkar” deyilmi?

Doğru, bu gün o işıq sönən kimi görünür, lakin əsla sönməz, çünki o işıq özgə işıqdır, çünki özümüz kimi işığımız da qəribə xasiyyətlidir. Görürsən ki, bu işıq əsrlərdən bəri gah ətrafı qaplamış, bir çox yerlərdə hala baqi qalan böyük mədəni əsərlər vücuda gətirmiş, gah azalıb kiçilmiş, həm də o qədər keçilmiş ki, indiki kimi sönəcək zənn edilmiş, lakin sönməmiş. Bir az sonra yenə birdən parlamış, qüvvətli məşəllər meydana gətirmiş, böyüdükcə böyümüş, sonra yenə alçal miş, alçalmağın son dərəcəsinə gəlmiş, hər kəs sönəcək zənn etmiş, lakin sönməmiş. Yenə parlamağa üz qoymuşdur.

Madam ki, mədəniyyət aləminin fəxr etdiyi Farabilər və İbn Sinalar parladan əski bir millətin, bu gün milyonlarca nəvələri – torunları var və həm də özlərini aləmə saydıracaq böyük bir kütlə surətində vardırlar, onların işıqları da var olub artacaqdır. Buna isə heç bir şübhə yoxdur.

Ömər Faiq

“Açıq söz” qəzeti. 20 yanvar 1916, № 90

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Allaha Rüşvət (Axalsixdən)

Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”

19084 min
Ziyarət

Sen deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”. Hə, sen hər şeyi eşidirsən? Eylədə de görüm, eşidibsənmi menim nəvəm Gullünün əhvalatını? Heç eşitməyibsən? Eylədə necə də deyirsən ki, “mənim qulağım var”.Bir gün oturmuşdum. Nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu, piyan adama. Amma men getmək istəmirəm”. Haman saat çarşabı başıma alıb qaçdım yeznəmgile ve başladım nəsihətə ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qızı necə heyfin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən…”

19082 min
Poçtxana

Men indiyə kimi hele qana bilməmişəm ki, bu poçtxananı unıs neden ötrü icad eləyib. Deyirlər kl, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Genə dəmiryolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçüıı bəlkə poçtxana elə bil İri, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var, Tiflisdən Gəncəyə gedən var, Şokıdən Şırvana gedən var – dəxi poçt neyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – ver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar hu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim seliqemdi, onlar da elə rəftar eləyirlər.

19095 min
Nə Deyim

Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı ve gündə biri qabağımı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki oxuyurlar: “Ay şiələr, gelin şuri-nəvaya…”

19101 min

Poems by other poets