Poçtxana
Men indiyə kimi hele qana bilməmişəm ki, bu poçtxananı unıs neden ötrü icad eləyib. Deyirlər kl, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Genə dəmiryolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçüıı bəlkə poçtxana elə bil İri, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var, Tiflisdən Gəncəyə gedən var, Şokıdən Şırvana gedən var – dəxi poçt neyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – ver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.
Yəni maşallah bizim müsəlmanlar hu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim seliqemdi, onlar da elə rəftar eləyirlər.
Bizim başımıza bu cür işlər çox gəlir. Gün olmaz ki, idarəmizə bir belə kağız yazmasınlar: “Cənab Molla Nəsrəddin, men Kerbelayi əli Hacı Allahqulu oğlu Məşədi Cəfərə 5 manat verdim ki, gətirib yetirsin sizin xidmətinizə, sizdən təvəqqe edirəm ki, pulu alan kimi mənim adıma İrəvana mübarək olan məcmuənizi əvvəəlimci nömrədən başlayıb göndərəsiniz.
Çox ecəb. İki gün keçər, xəbərimiz olur ki, “Qeyrət” mətbəəsinə bir nəfər adam gəlib və deyib: “Men Molla Nəsrəddini görəcəyəm”.
Bəli, cavab veriblər ki, Molla Nəsrəddin filan məhəllədə ve filan küçədə olur. İki gün keçir, mətbəədən bizə sifariş eləyirlər kı, haman irəvanlı genə fayton ilə gəlib Molla Nəsrəddini soruşurmuş. Genə cavab veriblər ki, Molla Nəsrəddin filan yerdə olur. İki gün də keçir. Bir do görürsən kı, Davidovski küçəyə faytonla bir müsəlman gəlir, küçənin ortasında faytonu saxlayıb Molla Nəsrəddini xəbər alır. Axırda nə zəhmətlərdən sonra haman şəxs gəlir çıxır Mollanın idarəsinə.
Salaməleyküm.
Əleykəssəlam, haralısan?
İrəvanlı.
Adın nədir?
Məşədi Cəfər.
Nə qulluq?
Bir elə qulluq yoxdur. Ancaq ay Molla, Allah sənə insaf versin, mən sizdən ötrü bir həftədir Tiflisdə məəttələm. Neçə dəfe fayton ile mətbəəyə getmişəm, sizi tapmamışam – deyiblər ki, Molla hamama gedib.
Beli, bağışlayınız, indi nə qulluq?
Xeyir, bir elə qabil ərz yoxdur, ancaq nökərə buyurun mənə bir stəkan su gətirsin – ürəyim yanıb, bu gün səhərdən sizi gəzirəm. Çünki Kərbelayı Əli Hacı Allahqulu oğlu sizə 5 manat məcmuə pulu göndərib. Pah, pah, lap yorulmuşam.”
Bir gün Salyandan bir belə kağız alırıq: “Cənab Molla Nəsrəddin, men bu gün burada bəradəran Hüseynovlara otuz altı manat verdim ki, eləsin məcmuə pulu və kalendar pulu, siz orada cənab Hüseynovlann şəriki cənab Hacı Ələsgər Nəcəf oğlundan alasınız”.
Bu kağızı alıb biz gərək adam göndərək Şeytanbazanna ki, görsün cənab Ələsgər Hacı Nəcəf oğlu salyanlı kimdir. İki saat gəzib dolanandan sonra göndərdiyim adam gəlib deyir ki, “Tapa bilmədim”. Sabahısı günü genə haman adamı göndəririk ki, gedib yaxşı axtarsın. İki saatdan sonra gətib deyir ki, Hacı Ələsgər Hacı Nəcəf oğlu özü dükanda deyil idi, getmişdi hamama. Şagirdi də dedi ki, “Mən bilmənəm”. Bir gün keçir yenə adam göndəririk. Hacı Ələsgər Hacı Nəcəf oğlu deyir ki, “menə bu barədə bəradəran Hüseynovlardan bir sifariş gəlməyib, gələndən sonra — baş üstə, verərəm”.Bir həftə gözləyib genə adam göndəririk. Hacı Ələsgər cavab verir ki, “sən get, mən pulu özüm gətirrəm Mollanın xidmətinə”.
Bir neçə gündən sonra haman Hacı bir fayton tutur yarım manata, oğlunu və şagirdini mindirir haman faytona və cavanlar Davidovski məhəlləyə düşüb qaradovoylardan rnüselmanca Molla Nəsrəddin idarəsini soruşurlar. Bu dəfə tapmayıb geri qayıdırlar. Amma ikinci dəfə gəlib tapırlar və böyük bir mərəkə və qışqırıq ilə girirlər içəri, kehildəyə-kəhildəyə otuz altı manatı çirkli dəsmalın içindən çıxarıb qoyurlar stolun üstünə və bir stəkan soyuq su içəndən sonra və Yezidə lənət oxuyandan sonra deyirlər ki, bu pulu iki həftə bundan qabaq sizin Nuxa vəkiliniz verib bəradəran Hüseynovlara ki, sizə yetişsin.
İnsafən, müsəlmanları qınamaq olmaz, çünki poçt ilə pul göndərmək çox çətindir: gərək üç şahı verib bir “perevod” kağız alasan, üstündə rusca yazasan ki, bu pul gedəcək Tiflisə Molla Nəsrəddin idarəsinə, filankəsin tərəfindən. İnsafən çox çətin işdir, ələlxüsus ticarət aləmində bu cür işlər heç əl verməz: ticarət hara, poçtxana hara? Allah rəhmət eləsin o kəslərə ki, müsəlmanlara rusca oxumağı haram buyurublar: Qafqazda bir tacir yoxdur ki, özbaşına poçtxana ile bir kəsə 5 manat göndərə bilsin?
Mən istəyirdim ki, bu gün politika aləmindən oxucularımız ilə bir az söhbet edəm. Məsələn, qəzetlər yazırlar ki, Avstriya ilə Serbiya hökuməti bu gün-sabah dava edəcəklər. Men istəyirdim haman nömrədə cəfəngiyat əvəzinə bir siyasi məqalə yazam. Məsələn, heç olmasa, yazam ki, Avstriya və Serbiya nə üçün dava edirlər, yazam ki, Avstriya nə deməkdir, Serbiya nədir, bunların ədavəti ne vaxt, haradan başlanıb, istəyirdim yazam ki, Serbiya bir balaca hökumətdir, dörd yüz ildən artıq Osmanlı vilayəti hesab olunurdu ve ildə bir dəfə Osmanlı sultanları paşaları və yanıçarlan göndərib serblərin bir az başlarım tapdalayandan sonra gözəl qızlardan zaddan yığıb aparıb bir qədərini sultanların hərəmxanəsinə qatıb, bir qədərini özləri saxlayıb məşğuliyyət elərdilər. Axırda qəza belə gətirdi ki, 27 il bundan qabaq Serbiya hökuməti çıxdı azadlığa vö meşrutəli bir kraliça oldu. Hərçəndi məxluqu iki milyondan bir az artıqdır, amma di gel ki, başladılar məktəblər açmağa, darülfünunlaı açmağa, axırda da işi o yerə yetirdilər ki, indi istəyirlər Avstriya kimi bir əjdaha ile kəllə-kəlləyə vuruşsunlar. Hə, nə üstə? Bosniya üstə. Bosniya nədir?
Xülasə, istəyirdim buna oxşar bir söhbet başlayam, amma öz-özümə dedim ki, ay Molla Nəsrəddin, sen dəlisən, nəsən? Bir camaat ki, bir şəhərdən o biri şəhərə 5 manat göndərməyi bacarmır – məgər bu cür camaat üçün rəvadumı yazmaq ki, nə bilim Avstriya belə gəldi, Serbiya belə getdi. Sən onu de ki, İrəvandan Tiflisə və Şirvandan Qarabağa nə cür və nə qayide ilə 5 manat göndərmək.
Hələ qabaqca bunu bilmək lazımdır.
Genə deyəsən uzun oldu.
Lağlağı
“Molla Nəsrəddin’, 22 fevral 1909, N 8
Kitabxana.az · https://kitabxana.az/en/works/nemanzade-poctxana
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyada adi və heyvani, amma təbii bir qayda vardır ki, o da hər vücud, hər şəxs, hər firqə və hər millətin öz xeyri, öz səlaməti üçün çalışmasıdır.Həqiqət, çox az filosof və insana dost həkim vardır ki, məhz ümumun, ümumi növi-bəşərin nəfini nəzərdə tutub ona görə çalışsın. Zəmanəmizdə, hələ ki, insanların əksəri, bəlkə ümumi xudpərəst, qərəzkar, mənfəətpərvər, nəfslik qeydlərindən qurtarmamışdır. Dünyanın on mədəni yerlərindən və vəhşi yerlərinə qədər baxınız: cümləsi ortada şiddətlə axan “mənfəət” selinə uyub getməkdədir.
Açıq SözlərSon dərəcə hürriyyətpərvər olan “Molla Nəsrəddin” məcmuəsi bir paralarının məslək və təbiəti-müstəbidanələrinə xoş gəlməyib onun oxunmasını haram edir ki, bunlar ədalət və insaniyyət tərəfdarı deyil, bəlkə istibdad, zülm, cəhalət və bədəviyyət xadimidirlər. Bəli, cəhalət və zülm xadimidirlər ki, din və millət xaini olan ürəfanın, üləmanın və hətta ədalətsiz hakimlərin şəkillərini çəkib istehza edən bir məcmuənin oxunmasını həram edib, camaatı köhnə qaranlıq və əsarətdə buraxmağa çalışırlar. Və hiddətlənib ətraflarına “təkfir” qığılcımı saçırlar və bununla bir para avam camaatı kor və qafil buraxıb öz mənfəəti-şəxsiyyəsi mənzuri ilə hökm fərmanlıq sürmək istəyirlər. Lakin zəhi qəflət! Bunlar nahaq zəhmət çekirlər. Saçdıqları “təkfir” qığılcımları özlərini və öz istibdadına tabe bir para biçarələri yandırmaqdan savayı bir şeyə yaramayacaqdır. Arxayın olsunlar ki, camaatımız bir dərəcə oyanıbdır. Dəxi camaatımız aləmin tərəqqisini, özgə millətlərin güc və qüvvətlərini, qaliblik və müvəffəqiyyətin vasitələri olan elm və mərifəti görüb əhvali-cahani mühakiməyə başlayıblar. İslam aləmi dəxi bunların istədikləri təki qalmayacaqdır və qalmır. Neçə yüz illərdən bəri aləm-islamın üstünə çökən kəsif zülmətin arasından bir həqiqət və mərifət seli cuşa gəlib getdikcə böyük, böyüdükcə irəli gedir, irəli getdikcə mane olmaq istəyən iki-üzlü mollaları, kütahbeyin mühərrirləri, yalançı millətpərəstləri, cabbar hakimləri, zalım əmirləri, köhnə adətləri yıxıb özgə bir aləm vücuda gətirməkdədir.Qoy bunlar ha qışqırsınlar ki, ədalətsiz hökümətə itaət etmək, iki qəpiklik mənfəətə səcdə edən “üləma”ya qul olmaq, fağır və kasıbların qazanclarını qəddar hakimlərə, cahil mollalara, xain imamcümələrə yedirtmək, ümumi əqliyyə təhsil etməmək islamın, Quranın qəti hökmlərindəndir. Qoy ha təklif etsinlər ki, şəriətdə ixtilaflı bir məsələni mübahisə meydanına qoyub həqiqətin nə cür olduğunu bilməyə çalışmaq “küfr və zəlalət”dir. Heç kəs bunlara qulaq asmayacaqdır. Dəxi milləti uşaq oyuncağı kimi gündə bir fitva və hökm ilə oynada bilməyəcəkdir. Bunlar gərək burasını biləydilər ki, sözün təsiri felə bağlıdır. Məsələn, əl altından məktəbi yıxmağa çalışan bir vaizin məktəb bina etməyin təbiəti barəsindəki vəzinə kimsə qulaq asma-yacağı kimi indiyə kimi millətin heç bir dərdinə qalmayıb, həmişə hökumətin, dövlətlilərin əmrinə boyun əyib milləti əsarətdə saxlayanların sözləri də öz dəstələrinin dairəsindən irəli getməyəcəkdir. Bəli, irəli getməyəcəkdir, çünki camaat dəxi kor deyil, millətə doğrudan canı yanıb şüur ilə öz rəyasət və mənfəətləri üçün çalışanları qanmağa başlayıbdır. Əgər bunlar bir xırda maldan, candan keçib milli mədrəsə və məktəblərimizin təşkilinə, hüquqi-milliyyəmizi, zalimlərin təcavüzündən mühafizəyə, idareyi-ruhaniyyəmizi hökumətin cəngindən xilas etməyə çalışsalar, o vaxt bugünkü təkliflərin bəlkə bir növ mənası olardı… Mən elə zənn edirəm ki, belə şəxslər özlərinin göydəndüşmə fikirlərini gizləməyib bir az açıq yazanları “kafir” nəzərə verməklə əmbiya varisliyi etmək vaxtı keçdi. Arxayın olsunlar, heç kəsi keyfi və qərəzi hökmlərlə təkfir edib qorxuza bilməzlər. Bir vaxt Rim papaları da avamın cəhalətindən istifadə edib ərbabi-fənni təkfir və təhqir edərdi. Lakin axırları nə oldu? Fikirləşsinlər…
“Molla Nəsrəddin” bağlandıCümə günü axşam saat səkkiz idi. Yazı otağında tənha oturub fikirləşirdim. Fikirləşirdim ki, nə üçün bir para adamlar “Molla Nəsrəddin”in yazdığını, məqsədini yaxşı düşünməyib fürsət axtaranlarınhiylə və təvillərinə aldanırlar. Nə üçün camaatımız bu qədər avamdır?Bu qədər qışqırıq saldılar da gündə, gözlərinin qabağında min cür bidin və biqeyrət işlərə, aşkar haram və məsiyətlərə sükutla tamaşa edirlər…
Bizə hansı elmlər lazımdır?Cənab Axund Əbuturabın “Bizə hansı elmlər lazımdır?” məqaləsinə ədibi-həkim cənab Əli bəy Hüseynzadə həzrətləri müxtəsər, lakin o qədər ustadanə cavabi-şafi vermişlərdir ki, ondan sonra bizim kimi acizlərin əlavə məqalələri onu təkrardan qeyri bir fayda verməz.Burasını bilə-bilə, bu barədə yenə bir neçə söz söyləməyə məcbur oldum, çünki cənab Axundun bəyan etdiyi fikir və əqidə aramızda indiyə qədər o mərtəbə kökləşib rəğbət bulmuşdur ki, onun xilafi-əql və əsasi-din olduğuna dair nə qədər çox yazılsa, o qədər kəşfi-həqiqətə xidmət edər sanıram.
Poems by other poets
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Mıs-mısBoyun da var, buxunun da, pis də deyil vəzifən,Ağız dolu bircə dəfə danışmadın yenə sən.
Dənizdə Ay çimirdiDənizdə Ay çimirdiYanaqları gümüşü.
Məhəmmədəli Mirzənin nəzəri-diqqətinə ədalətli bir vəsiyyətEşitdim ölən vəqt Nuşirəvan –Öz övladına böylə qıldı bəyan: