Dənizdə Ay çimirdi
Dənizdə Ay çimirdiYanaqları gümüşü.Toxunurdu üzünəLəpələrin gülüşü.
Dənizdə ay çimirdiDövrəsi ulduz-ulduz.Onu seyr eləyirdiYer heyran, göy yuxusuz.
Sən də gəldin sahilə,Paltarını soyundun,Gah nurda, gah da sudaYuyunduqca yuyundun.
Ay xəcalət çəkdimiHüsnünü görən kimi?O çəkildi dənizdənSən suya girən kimi.
Yığıb ulduzlarınıƏrşə qalxdı Ay yenə...Uzaqdan xoşdu baxmaqGözəllərin hüsnünə!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-denizde-ay-cimirdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərəkEy könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
Ya dəyəNə lazımdır naqabilə söz deyəm,Xatirinə ya dəyməyə, ya dəyə?
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.