Cənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm. Bağışlayınız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm, dinc dur. Bağışlayınız, amma deyəsən bir az xarab olubsunuz. Axır vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan gözləyə bilməzdim: məsələn, elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflənməsinlər, qumar oynamasınlar və palas-paltarlarını satıb xeyrat verməsinlər Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdim. Bəli, çaxır içmə, qumar oynama, dəxi bir yolluq de ki, yıxıl öl.

Cənab axund, Nuxada bu qədər böyük-böyük əfəndilər var, mollalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmır, dəxi sənə nə olub ki, özünü atıbsan ortalığa!

Yaxşı, məgər şərab pis şeydi? Həyə buyursan ki, pis şeydi, onda mən də sənə ərz elərəm ki, elədə pəs nə səbəbə bir neçə il bundan irəli bilmirəm nə bayramında Nuxa məscidində naçalnik üçün şampanski açıldı! Hərçəndi naçalnik içmədi və dedi ki, mən məbədgahda çaxır içmənəm, amma naçalnikin ağlı olmadı içmədi, qeyri müsəlmanlar ki içdilər və mollalar ki, bir söz danışmadılar. Pəs indi sən nə deyirsən?

Mən ölüm, cənab axund, özünü ortalığa salıb xalqı üstünə güldürmə. Hələ xeyrata və ehsana nə deyirsən?

Sənin qəsdin budur ki, tələbələr, seyid və mollalar acından ölsünlər? Yadındadırmı bir neçə gün bundan irəli bir qoca kişini göndərdilər xəstəxanaya və bir neçə gündən sonra kişi azarxanada öldü?

Pəs nə üçün əfəndilər buyurdular ki, gərək ehsan verilsin və kişinin qab-qazanını satıb üç gün ehsan verdilər…

İndi pəs buna nə deyirsən!

Cənab Axund Fərəculla Pişnamazzadə, sənin sözlərindən bu çıxır ki, şərab da götürülsün, keflənmək də götürülsün, qumar da götürülsün, kasıb ölülərə ehsan vermək də götürülsün. Mən bilmirəm ki, bu işlərin sənə nə zərəri var? Yaxşı, çaxır içənlər sənin pulun ilə çaxır içmirlər ki? Sənin pulunu qumara uduzmurlar ki? Fəqir ölüyə ehsan verəndə səndən ki, pul istəmirlər?

Dəxi nə atılıb düşürsən?

Hələ bundan savayı səndən çox gileyim var, çünki keçənlərdə də mollaya şayistə olmayan bir para işlər başlayıbsınız. Məsələn, götürək qız məktəbini. Hələ bu nə işdi?

Mən ölüm, lotu-lotuyana, dinc otur: mərdüməzarlıq yaxşı deyil.

Dərdmənd

“Molla Nəsrəddin”, 5 avqust 1907, № 29

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poçtxana

Men indiyə kimi hele qana bilməmişəm ki, bu poçtxananı unıs neden ötrü icad eləyib. Deyirlər kl, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Genə dəmiryolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçüıı bəlkə poçtxana elə bil İri, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var, Tiflisdən Gəncəyə gedən var, Şokıdən Şırvana gedən var – dəxi poçt neyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – ver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar hu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim seliqemdi, onlar da elə rəftar eləyirlər.

19095 min
Nə Deyim

Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı ve gündə biri qabağımı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki oxuyurlar: “Ay şiələr, gelin şuri-nəvaya…”

19101 min
Pişik *

Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi, o nağılın başı bu idi ki, bircociyi var idi, birceciyi yox İdi, bircə qan var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə. Dedi:Ay buz, sen nə zalunsanmış?

19103 min
Pişik (2)

Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım.Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik.

19114 min

Poems by other poets