O evdə könlünə dəysələr sənin,Bu evdə mən varam, gəl, yanıma gəl.Yolda ayağına bir daş dəyməsin,Mən sənə qıymaram, gəl, yanıma gəl.

Sənə də taleyin kəsilsə qənim,Demək, taleyimlə oxşardı mənim.Üzdə gülürəm ki, çoxdu düşmənimİçimdə ağlaram, gəl, yanıma gəl.

Özgənin yanında darıxdın, yetər,Tək təkin yanına gəlsə, sevinər.Sonra gecikərsən, dünyadı, dönər,Köçərəm qalmaram, gəl, yanıma gəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate